Alternative content

04:12 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub
Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub
ANA SƏHİFƏ / Mədəniyyət
18:31 01.11.2019

Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ənənəvi Respublika Folklor Festivalının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl folklor kollektivlərinin Azərbaycan Dövlət Kukla Teatrından başlayaraq Nizami küçəsindən keçməklə Azərbaycan Dövlət Akademik Musiqili Teatrınadək keçidi olub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək festivalın əhəmiyyəti barədə danışıb. Bildirib ki, respublikamızın paytaxt və regionlarında fəaliyyət göstərən folklor kollektivlərinə dəstək göstərilməsi məqsədilə 2019-cu ilin sentyabr-oktyabr aylarında Ənənəvi Respublika Folklor Festivalının seçim mərhələsi keçirilib. Ümumilikdə festivalda 80 folklor kollektivi iştirak edib. Həmin mərhələ çərçivəsində istedadlı uşaq folklor kollektivlərinin aşkar edilməsi, onlara dəstək göstərilməsi üçün müsabiqə təşkil olunub. Kollektivlərin qiymətləndirilməsi məqsədilə nazirliyin əməkdaşları, həmçinin respublikanın tanınmış incəsənət nümayəndələrindən ibarət münsiflər heyəti müəyyənləşdirilib. Seçim mərhələlərində uğurla çıxış etmiş 21 kollektiv bu gün keçirilən bağlanış mərasiminə dəvət olunub.

Bağlanış mərasimində "Qarabağ” folklor kollektivi (Ağcabədi rayonu), "Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri), "Dastan aşıqları” ansamblı (Ağstafa rayonu), "Nənələr” folklor xalq kollektivi (Lənkəran şəhəri), "Buta” uşaq folklor ansamblı (Lənkəran şəhəri), "Halay” xalq kollektivi (Masallı rayonu), "Çıraqqala” zurnaçılar xalq kollektivi (Şabran rayonu), "Mel” folklor kollektivi (Qusar rayonu), "Assa” folklor rəqs qrupu (Qusar rayonu), "Oğuzlar” folklor kollektivi (Bakı şəhəri), "Şirvan” folklor xalq kollektivi (Şamaxı rayonu), "Buta” rəqs kollektivi (Şamaxı rayonu), "Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu), "Maral oyunu” folklor kollektivi (Kəlbəcər rayonu), "Adıgün” xalq folklor kollektivi (Saatlı rayonu), "Rəfti - Uzunömürlülər” xalq kollektivi (Lerik rayonu), "Abay” folklor kollektivi (Şəki şəhəri), "Mehriban bacılar” folklor kollektivi (Balakən rayonu), "Nənələr” folklor kollektivi (Balakən), "Şahinlər” folklor rəqs kollektivi (Sumqayıt şəhəri) və "Qobustan aşıqları” ansamblı (Qobustan rayonu) çıxışlar ediblər.

Sonra festivalın qalibləri mükafatlandırılıb. "Xəmsə” folklor rəqs kollektivi (Gəncə şəhəri) birinci,

"Mel” folklor kollektivi (Qusar rayonu) ikinci, "Zopu-zopu” etnoqrafik folklor rəqs ansamblı (Qəbələ rayonu) üçüncü yerə layiq görülüb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM