01 Noyabr 2019 14:12
549
SİYASƏT
A- A+

İsrailin Bakıdakı səfirliyi fəaliyyətini bərpa edib


İsrailin Azərbaycandakı səfirliyi iki gün davam edən etiraz aksiyasından sonra fəaliyyətini bərpa edib.

Diplomatik missiyadan AZƏRTAC-a bildirilib ki, İsrailin Bakıdakı səfirliyi, o cümlədən dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri fəaliyyətini əvvəlki qaydada davam etdirir. İsrail Xarici İşlər Nazirliyinin əməkdaşları ilə ölkənin Maliyyə Nazirliyi arasında danışıqlar davam edir.

Xatırladaq ki, İsrailin bütün dünyada fəaliyyət göstərən diplomatik missiyalarının oktyabrın 30-31-də işləməməsinə səbəb İsrail Maliyyə Nazirliyinin 2019-cu il iyulun 21-də qurumun baş direktoru tərəfindən imzalanmış razılaşmaları pozması və son onilliklər ərzində qüvvədə olan protokolu dəyişdirən birtərəfli prosedur tətbiq etməsi ilə əlaqədar olub. İki gün ərzində diplomatik missiyalar işləməyib, heç bir konsulluq xidmətləri göstərilməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video