01 Noyabr 2019 13:04
1931
Səhiyyə
A- A+

Dərin yuxu beyni toksinlərdən təmizləyir


Boston Universitetinin tədqiqatçıları aşkar ediblər ki, dərin yuxu insan beyninin potensial zəhərli maddələrdən təmizlənməsinə kömək edir. AZƏRTAC xəbər verir ki, onların tədqiqatının nəticələri "Science” jurnalında dərc edilib. Yeni tədqiqata görə, sinir hüceyrələrinin fəallığının zəifləməsi dərin yuxuda haram iliyin beyinə doğru və geriyə ritmik hərəkətinə məkan yaradır. Alimlərin fikrincə, bu proses metabolizm məhsullarını beyindən yuyur.

Boston Universitetinin biotibb mühəndisliyi kafedrasının dosenti Laura Lüis tədqiqatın nəticələrinə dair hesabatında təsdiq edir ki, ağıldankəmlikdən əziyyət çəkən insanların beyninə anormal şəkildə yapışan zülal – beta-amiloid bu cür "tullantılarlardandır”. Lakin dərin yuxu ağıldankəmliyin və ya digər xəstəliklərin qarşısını almağa kömək edir. Tədqiqatın son məqsədi belə bir problemi başa düşməkdir: nə üçün keyfiyyətsiz yuxu ağıldankəmlikdən tutmuş ürək xəstəlikləri və depressiyayadək müxtəlif xroniki vəziyyətlərin yaranması riskinin yüksəlməsi ilə bağlıdır.

Tədqiqatçılar bundan əvvəl də bilirdilər ki, haram ilik metabolik kənar məhsulların beyindən təmizlənməsinə kömək edir. Onu da bilirdilər ki, bu proses yuxuda güclənir. Lakin bunun necə və nə üçün baş verdiyini bilmirdilər. Buna görə də alimlər bu tədqiqat çərçivəsində invaziv olmayan üsullardan – beyində maye axınının monitorinqi üçün təkmilləşdirilmiş MRT (maqnit-rezonans tomoqrafiya) və beyin hüceyrələrində elektrik fəallığının ölçülməsi üçün elektroensefaloqrammadan istifadə etməklə yuxunu tədqiq etmək üçün tədqiqata 11 sağlam yaşlı adam cəlb ediblər.

Məlum olduğu kimi, yuxunun iki kateqoriyası var: gümrah yuxu (yuxunun göz almacıqlarının sürətli hərəkəti ilə müşayiət olunan mərhələsi) və dərin yuxu. Gümrah yuxu zamanı tənəffüs və ürəkdöyünmə tezliyi nisbətən yüksəkdir. Bu zaman insanlar çox vaxt reallığa uyğun yuxular görürlər. Dərin yuxu dərin və ləng yuxu mərhələlərini əhatə edir. Bu mərhələlərdə baş beyin hüceyrələrinin fəallığının, ürəkdöyünmə tezliyinin və qan dövranının yavaşıması müşahidə olunur. Tədqiqatlar göstərib ki, dərin yuxu gündəlik gərgin işdən sonra yaddaşın konsolidasiyasına və beynin bərpasına şərait yarada bilər.

Amerikalı tədqiqatçıların fikrincə, bu kəşf insan beyninin öyrənilməsində böyük sıçrayış edə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video