Alternative content

02:43 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Beynəlxalq Muğam Mərkəzində olub
Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Beynəlxalq Muğam Mərkəzində olub
ANA SƏHİFƏ / Mədəniyyət
11:53 01.11.2019

Ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson və Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzini ziyarət etdilər.

AZƏRTAC xəbər verir ki, qonaqları qarşılayan Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycanın musiqi mədəniyyəti, muğam sənəti haqqında qısa məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin iştirakı ilə muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq ənənələrinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə 2005-ci ildən Muğam Televiziya Müsabiqəsi keçirilir. Bu günə kimi çoxsaylı gənc muğam ifaçıları bu müsabiqələrdə uğur qazanıb, qədim sənəti təbliğ edirlər.

Nazir həmçinin vurğulayıb ki, Azərbaycanın muğam sənəti, tar və kamança ifaçılıq sənətlərinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Daha sonra Beynəlxalq Muğam Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı təqdim olunub. Gənc xanəndələr Elgiz Əliyev və Nisbət Sədrayeva xalq mahnıları və təsnifləri, eləcə də "Bayatı-Şiraz”, "Segah” və "Rast” muğamlarından parçalar səsləndiriblər. Xanəndələri tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusifov müşayiət edib.

İfaçıları alqışlayan Baronessa Emma Nikolson qeyd edib ki, onun musiqiyə, xüsusilə də şifahi ənənəli musiqi janrlarına böyük marağı var. Azərbaycan musiqisinin bu janrları haqqında məlumatlar onun üçün olduqca maraqlıdır. Britaniyalı qonaq ifaçılara və müşayiətçilərə təşəkkürünü bildirib.

Sonda qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində xatirə şəkilləri çəkdiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM