Alternative content

04:11 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeri görünən insan
Yeri görünən insan
ANA SƏHİFƏ / Mədəniyyət
01:54 01.11.2019


Sənət yanğısı, səhnə fədaisi və tamaşaçı sevgisi


Azərbaycan teatrı tarixinin qədimliyi, formalaşma dövrünün müxtəlif mərhələlərdən keçməsi, repertuarının zənginliyi diqqəti cəlb etməkdədir. Əlbəttə, bu keşməkeşli yollarda daha çox yük teatrın yaradıcılarının, xüsusən də aktyor və rejissorların üzərinə düşüb. Akademik teatradək formalaşma yolu keçən səhnə minlərlə peşəkar aktyor, rejissor nəslini də yetişdirib. Onlardan biri də müasirliyi və modernliyi ilə seçilən, gənc sayılan (yaradılmasından 30 il keçdiyi üçün) "Yuğ” teatrıdır ki, yaradıcısı yaşasaydı, 70 illik yubileyində şəninə layiq olduğu isti ürək sözlərini eşidəcəkdi. Təəssüf ki, teatr cəmiyyəti, sənət dostları, həmkarları, yetirmələri bu gün həmin yubileyləri Vaqif İbrahimoğlusuz keçirməyə məcburdur…

Bu il oktyabr ayında səhnə sənətinə özünəməxsus qeyri-adilikləri gətirən rejissor Vaqif İbrahimoğlunun 70, yaratdığı Dövlət "Yuğ” Teatrının 30 illik yubileyidir. Bununla bağlı keçirilən konfransda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov, baş rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxışlarında ölməz sənətkarın - Vaqif İbrahimoğlunun səhnə sənətinə gətirdiyi yeniliklərin hansı çətinliklərdən keçdiyinə bir daha işıq salıblar.


Vaqifin "Vahimə”sinin "Vəsvəsə”si


Teatrın baş rejissoru Mehriban Ələkbərzadə bildirib ki, bu il "Yuğ” Teatrı üçün yetərincə uğurlu və məhsuldar olub. Mövsüm ərzində iki yeni tamaşa hazırlanıb. Bunlardan biri Nobel mükafatçısı Orxan Pamukun "Mənim adım qırmızı” romanının motivləri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan "Mən ağacam” tamaşasıdır. "Yuğ”un sevimli və tələbkar tamaşaçılarına təqdim edilən ikinci tamaşa isə H.İbsenin "Vahimə” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi "Vəsvəsə”dir.

Haşiyə: 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuş Vaqif İbrahimoğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında çalışıb, Tədris Teatrında bədii rəhbər, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında isə baş rejissor vəzifələrində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa, eləcə də Estoniyanın Uqala teatrlarında tamaşalar hazırlayan Vaqif İbrahimoğlu 1989-cu ildən həyatının sonuna qədər "Yuğ” teatrının bədii rəhbəri olub və 90-a yaxın tamaşaya quruluş verib.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, "Qızıl Dərviş” mükafatı laureatı, ADMİU-nun dosenti Vaqif İbrahimoğlu 2006-cı ildən Prezident təqaüdçüsü idi...

Ölməz rejissorun filmlərdə də öz izi qalıb: "Dantenin yubileyi”, "Bağlı qapı”, "Əlavə iz”, "Qəm pəncərəsi”, "Qurama”, "Otel otağı”, "Dağın nəvəsi”, "Pəriqala”, "Sahə”də Vaqif İbrahimoğlunun rejissor sənətinin incəlikləri tamaşaçı diqqətindən yayınmayıb.

Xatırladaq ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti görkəmli rejissor Vaqif İbrahimoğlunun anadan olmasının 70 illik yubileyi münasibətilə Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırıb.

Türkdilli xalqların ənənəvi teatr mədəniyyətinin tədqiqatçıları, öz ideyalarını ənənələr zəminində gerçəkləşdirməyə çalışan rejissorlar, habelə humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının əməkdaşları, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar konfransa dəvət edilib.

Vaqif İbrahimoğlu Azərbaycan teatrına yaratdığı sənət ocağını - "Yuğ”u bugünkü və gələcək nəsillərə yadigar qoyub getdi. Teatr sənətinin parlaq simalarından biri, tanınmış rejissor, "Yuğ” teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu nə teatrda sıradan biri olan aktyorlardan idi, nə də ənənəviliyi qoruyub saxlamağı sənətkarlıq kimi təlqin edən rejissorlardan. Vaqif İbrahimoğlu, peşəkarların vurğuladıqları kimi, teatr sənətində bir özgə - orijinal, çətin gedilən yeni yol açdı.


"Yuğ” Vaqif İbrahimoğlu üçün bir teatr studiyası deyildi


Teatr İnstitutunda görkəmli rejissor Tofiq Kazımovun sinfini uğurla başa vuran Vaqif İbrahimoğlu sənətdə ilk addımlarını Gənc Tamaşaçılar Teatrında atdı. Lakin az keçmədi ki, ideyaları bu teatrın səhnəsinə sığmadı. Teatr Xadimləri İttifaqının nəzdində ilk dəfə olaraq Eksperimental studiya yaratdı. O illərdə nəinki Azərbaycanda, keçmiş Sovetlər məkanında da bu cür studiyalar, demək olar ki, barmaqla sayılırdı.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə fikirlərini bir qədər də dəqiqləşdirərək deyir: "Yuğ” teatrı dünyada çox nadir rast gəlinən bir ruh məkanıdır. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda teatr avanqardı yarandı. Teatr avanqardının ən görkəmli nümayəndələrindən biri Vaqif İbrahimoğlu idi. 1990-cı illərin əvvəlində Azərbaycan xalqı müstəqillik uğrunda mübarizəyə atıldı. Vaqifin qurduğu tamaşalar Azərbaycan vətəndaşında ictimai şüuru, milli özünüdərki oyatdı. Vaqif İbrahimoğlu bunların hamısını çox yüksək səviyyədə etdi.

O, teatr pedaqogikasında böyük müəllim adını qazandı. Bu gün Vaqif İbrahimoğlunun bir ordu qədər tələbələri var. Onlar artıq yetişmiş rejissorlar, aktyorlardır. "Yuğ” estetikası, "yuğ” ənənələri barədə danışanda hələ o teatr yox idi. Vaqif deyirdi ki, müxtəlif türkdilli xalqlar içərisində yuğ mərasimlərini keçirmək çox dəbdə olub. Hər hansı bir insan dünyasını dəyişəndə, qəbilə adamları toplaşıb o qəhrəmanın taleyini, həyatını, gördüyü əməlləri teatral şəkildə canlandırırdılar. Bu gün bir yuğ mərasimi yaratmağa bizim gücümüz yoxdur, ancaq Vaqif bunu bacarırdı...”

Bir müddət sonra M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdində fəaliyyət göstərən Tədris Teatrına bədii rəhbər təyin olundu. Məhz elə burada o, institutun istedadlı tələbələri ilə respublikaya səs salan bir neçə tamaşa ilə sənət bioqrafiyasını zənginləşdirdi. Bununla Vaqif İbrahimoğlu həm də Azərbaycan teatr salnaməsinə yeni adlar yazdı: neçə-neçə gənc aktyor həmin teatrda ilk addımlarını atdı.

Vaqif İbrahimoğlunun Musiqili Komediya Teatrında baş rejissor fəaliyyəti də diqqətçəkən oldu. Təkcə bir fakta diqqət yetirək: qardaş Türkiyədə ilk dəfə olaraq azərbaycanlı rejissor kimi bir-birinin ardınca səhnə əsərlərinə quruluş verən məhz Vaqif İbrahimoğlu idi.

1989-cu ildə Milli Akademik Dram Teatrının direktoru, Xalq artisti Həsənağa Turabovun xeyir-duası, razılığı, yaxından köməyi ilə bu teatrın nəzdində Vaqif İbrahimoğlu özünün teatr studiyasını yaratdı. Bu gün artıq "Yuğ” kimi formalaşmış, 30 ildir fəaliyyətdə olan teatrın əsası Milli Akademik Dram Teatrının kiçik səhnəsində qoyuldu.


"Balaca "Yuğ”a böyük dünya sığırdı”


Dünyada avanqard teatrlar, studiyalar, cürbəcür teatr laboratoriyaları çoxdur, bunlar zaman-zaman yaranır, birləşir, dağılır, məhv olur. Amma Vaqif İbrahimoğlu "Yuğ”la özünü büruzə verən, ağlayaraq, gülərək təmizlənən böyük nəzəriyyəyə söykənən yeni bir teatr yaratmış oldı. Bu teatr birmənalı qarşılanmadı. Öncə başa düşülmədi, tənqid də olundu, amma teatr axsamadı, çökmədi. Öz yolundan sapmadan irəlilədi. Azərbaycanın çox istedadlı insanları - dramaturqlar, qələm sahibləri bu teatrla ünsiyyət qurdular. "Yuğ”a çoxlu sayda xarici qonaqlar, rejissorlar gəldi.

Məhz buna görə də 62 il ömür yaşasa da, neçə belə illər Vaqifi onun qurduğu, yaratdığı, həyata keçirdiyi tamaşalarla yaşadacaq.

"Yuğ” Dövlət Teatrının direktoru, teatr mütəxəssisi Tərlan Rəsulov deyir: "Yuğ” və Vaqif İbrahimoğlu Azərbaycan teatr mədəniyyətində bir fenomen sayılmalıdırlar. Vaqif müəllim "Yuğ”dan əvvəl də öz yaradıcılığı, publisistikası, çıxışları, gördüyü işlərlə Azərbaycan mədəniyyətində böyük yer tuturdu. "Yuğ” da onun teatra münasibətinin, sənətə olan baxışlarının bir nəticəsi kimi ortaya çıxdı...”

12 may 2011-ci ildə Bakıda dünyasını dəyişən Vaqif İbrahimoğlunun əziz xatirəsi daim əziz tutulur. 2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu” adlı eksperimental tamaşalar festivalı keçirildi.

Bu gün Azərbaycanda hər teatrın özünəməxsus üslubu var. Hərəsi bir məktəbin, bir ənənənin davamçısıdır. İstər mövzu qoyuluşunda, istər aktyor oyununda, tamaşaçılarla iş birliyində hərəsinin öz yolu var. "Yuğ”un birinci nəsli, onun özəyini qoyan insanlar Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova və bu kimi dəyərli aktyorlar da məhz səhnə sənətində fədakarlıqları ilə seçilən aktyor-rejissor nəslidir. Onların hər biri özünə görə "Yuğ”un konsepsiyasını anlayır. Amma teatrın formalaşmasında, onun konsepsiyasının yayılmasında birinci nəsil aktyorların rolu danılmazdır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM