Alternative content

02:45 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalçaçılığın inkişafı diqqət mərkəzindədir
Xalçaçılığın inkişafı diqqət mərkəzindədir
ANA SƏHİFƏ / Mədəniyyət
01:52 01.11.2019


Azərbaycan xalçaları qədim dövrlərdən orijinallığı ilə diqqəti cəlb edib. Bunu dünyanın məşhur muzeylərinin ekspozisiyasını bəzəyən Azərbaycan xalçalarının toxunma tarixindən, hansı ölkələrdə "yaşaması”ndan, habelə mötəbər şəhərlərdə düzənlənən sərgilərdən də bilmək mümkündür.

Öz çeşnisi, toxunuş texnologiyası, orijinallığı və keyfiyyəti ilə seçilən xalçalarımız hər zaman qiymətli və baxımlı olub. Hazırda bəzi xarici ölkələrin muzeylərində nümayiş etdirilən xalçalarımız vaxtilə vətənimizə gələn səyyahlar, tacirlər və alimlər tərəfindən müxtəlif ölkələrə aparılıb. Azərbaycan xalçaları Avropanın İntibah dövrünün görkəmli rəssamlarının tablolarında da təsvir olunub.

Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə mədəni irsimizin bu sahəsinin inkişafına və qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir: "Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bugünüdür” deyən Ulu Öndər xalqımızın milli sərvətləri sırasında xalçaçılığa böyük dəyər vermişdir. Dünya şöhrətli siyasətçinin siyasi hakimiyyətdə olduğu illərdə ölkəmizdə xalçaçılığın inkişafı üçün geniş zəmin yaranmışdır. 1972-ci ildə respublikamızda Xalça muzeyinin açılması, 1983-cü ildə Heydər Əliyevin Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu zaman Bakıda UNESKO-nun Şərq Xalçaları üzrə Beynəlxalq Konfransının xətti ilə Azərbaycan xalçasının tanıdılması məqsədilə simpoziumun keçirilməsi bunlara bariz nümunədir. İndi deyə bilərik ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xalçaçılıq sənətinin inkişafı sahəsində aparılan iş öz bəhrəsini verməkdədir. Bu günlərdə İtaliyanın Bolzano şəhərinin "Museo Mercantile” muzeyində Azərbaycan xalçaları sərgisinə gələn ziyarətçilərin çoxluğu hər bir azərbaycanlını sevindirdi. Bolzano Ticarət Palatasının prezidenti Miçl Ebnerin, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (ICOC) Elm Komitəsinin prezidenti Alberto Boralevin və ICOC-un prezidenti Peter Biçlerin ziyarətçilər arasında Azərbaycan xalçalarının əvəzolunmazlığı barədə fikirləri seyrçilərdə xoş ovqat yaratmışdır. Oktyabrın 19-dək davam edəcək sərgidə "WINCOR” kolleksiyasında Azərbaycanın Qarabağ, Bakı, Qazax, Şirvan və Quba xalçaçılıq məktəblərinə aid 25 xalça nümayiş olunur.

Azərbaycan xalçaçılıq sənətinin dünyada təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın əməyi böyükdür. Hazırda xalçaçılıq sənətinin inkişafına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Xalqın genetik yaddaşının, tarixi varislik ənənələrinin davamı olan bu sənətin gələcək nəsillərə ötürülməsi və bədii dəyərlərinin unudulmamasına yönəlmiş tədbirlər nəticəsində xalçaçılıq UNESKO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycan xalçalarının dünya ictimaiyyətinə tanıdılması ilə bağlı Bakıda UNESKO-nun Parisdəki mənzil-qərargahında xalça simpoziumları keçirilmişdir. Prezident İlham Əliyev çox haqlı olaraq demişdir: "Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir”. Bu qədim el sənətinin varlığına yüksək dəyər verən Azərbaycan Prezidentinin sərəncam və tövsiyələrinə əsasən, ölkəmizdə xalçaçılığın inkişafı üçün hər bir şərait yaradılmışdır. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam, Füzuli və digər bölgələrində fəaliyyətdə olan filialları lazımi avadanlıqlarla təmin olunmuşdur. Bu filialların sayı ildən-ilə artmaqdadır. Ötən il Lənkəranda, Horadizdə və Şəmkir rayonunda da yeni xalça istehsalı emalatxanaları istifadəyə verilmişdir. Hazırda bu sahədə 3 min 500 nəfərdən çox işçi çalışır. Ötən ilin martında Azərbaycan Prezidentinin sərəncamı ilə Kürdəmirdə xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, habelə infrastrukturun yaradılması məqsədilə 2 milyon manat vəsait ayrılmışdır.

Xalçaçılığın inkişafında xammal bazasının yaradılmasına da xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına əsasən "Azərxalça” ASC-nin filiallarının və özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça” ASC-nin nəzdində yunəyirici-boyaq fabriki inşa olunur. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Qobustanda yaradılan regional tədarük məntəqəsi respublikanın 14 rayonunu əhatə edəcək. Yeni yaradılan yun tədarükü məntəqələrindən biri Sabirabad Sənaye Məhəlləsində, digəri isə Bərdədə yerləşir.

Bütün bunlar Azərbaycanda xalçaçılığın inkişafına yönəldilmiş tədbirlərin bir qismidir. Gələcəkdə bu sahədə daha mötəbər layihələrin icrası nəzərdə tutulur. Görünən odur ki, ölkəmizin təcrübəli və səriştəli xalça ustaları dünyanın müxtəlif muzeylərində, şəxsi kolleksiyalarda saxlanılan qədim xalçalarımızı aşkara çıxararaq onların çeşniləri əsasında yeni xalçaların toxunmasına üstünlük verirlər. Odur ki, xalı və xalçalarımız dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. Xanımlarımızın Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə aid böyük zəhmət və keyfiyyətlə ərsəyə gətirdikləri xalçalar ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən sərgilərdə xüsusi mükafat və sertifikatlara layiq görülmüşdür.

Artıq Azərbaycan xalçaları dünya brendinə çevrilməkdədir. Xalçaçılarımızın qabiliyyət və bacarığını, tükənməz sənət imkanlarını göstərən xalçaçılıq həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə ehtiva edən qiymətli el sənətidir.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM