Alternative content

04:13 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 109 yaşlı Məşədi İbad Gəncə Dövlət Filarmoniyasının səhnəsində
109 yaşlı Məşədi İbad Gəncə Dövlət Filarmoniyasının səhnəsində
ANA SƏHİFƏ / Mədəniyyət
01:48 01.11.2019


Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettası nümayış etdirilib. Musiqili komediya tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə təqdim edilib.

Qeyd edək ki, "O olmasın, bu olsun” 4 pərdəli musiqili komediya Üzeyir Hacıbəylinin qələmə aldığı ikinci operettadır. Dahi bəstəkar 1910-cu ildə yazdığı bu əsərlə ovaxtkı Azərbaycan reallığını əks etdirib və illər keçməsinə baxmayaraq, "O olmasın, bu olsun”da qaldırılan məsələlərin bəziləri hələ də öz aktuallığını qoruyub saxlamışdır.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində ilk dəfə oynanılan "O olmasın, bu olsun” operettası böyük maraqla qarşılanmışdır. Əməkdar incəsənət xadmi Hafiz Quliyevin quruluş verdiyi səhnə əsərində Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), Əməkdar artistlər Gülüstan Əliyeva (Sənəm), İlahə Əfəndiyeva (Gülnaz), Fərid Əliyev (Sərvər) və başqaları rol alıblar. Əsərin əsas qəhrəmanlarından olan Məşədi İbad həyatın mənasını ticarətdə görür. Onun üçün insanın varlığını təyin edən əsas amil puldur. Qoca vaxtında evlənmək eşqinə düşən bu tacir Rüstəm bəylə sövdələşir və onun qızı, özündən 32 yaş kiçik olan Gülnazı alır. Bu və bundan sonra cərəyan edən hadisələr tamaşaçıları həm gülməyə, həm də düşünməyə vadar edir.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM