Alternative content

01:41 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentinin rəhbərliyi ilə şahmatçılarımız Dünya Şahmat Olimpiadasında fəal iştirak edirlər
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentinin rəhbərliyi ilə şahmatçılarımız Dünya Şahmat Olimpiadasında fəal iştirak edirlər
ANA SƏHİFƏ / İDMAN
01:41 01.11.2019


Oktyabrın 29-da Türkiyənin Çorum şəhərində start verilən 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasında şahmatçılarımız Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbovun rəhbərliyi ilə fəal iştirak edirlər. AZƏRTAC xəbər verir ki, ölkəmiz bu nüfuzlu yarışda iki komanda - "Azərbaycan” və "Azərbaycan-Naxçıvan” ilə təmsil olunur.

Azərbaycanın birinci komandasında Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva iştirak edirlər. "Azərbaycan-Naxçıvan” komandasında isə Xəzər Babazadə, Sadiq Məmmədov, Sadiq Qarayev, Ərturan İsmayılov və Nəsrin Babayeva mübarizə aparırlar.

Olimpiadanın açılışından əvvəl Türkiyənin Cümhuriyyət bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov iştirak edib, Çorum valisi Mustafa Çifçi ilə görüşüb. Vali Seymur Talıbova xatirə hədiyyəsi təqdim edib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti daha sonra 16 yaşa qədər şahmatçıların Dünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edib. Açılış mərasimində ilk gedişin edilməsindən sonra 38 ölkənin 48 komandası mübarizəyə başlayıb. Olimpiada 9 turdan ibarət olacaq, komanda qalib gəldiyi təqdirdə 2 xal, heç-heçə olduqda isə 1 xal qazanacaq.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Şahmat Federasiyasının sədri Seymur Talıbov milli komandamızda mübarizə aparan şahmatçılarla görüşüb, onlara uğurlar arzulayıb, hədiyyələr təqdim edib.

Qeyd edək ki, olimpiada noyabr ayının 6-da başa çatacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM