Alternative content

01:42 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda “Yenilməzlər” adlı qala-təqdimat keçiriləcək
Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda “Yenilməzlər” adlı qala-təqdimat keçiriləcək
ANA SƏHİFƏ / İDMAN
15:23 31.10.2019

Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə Bakıda keçiriləcək "Yenilməzlər” adlı beynəlxalq qalada qeyri-adi şou təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 13-də baş tutacaq tədbir özünəməxsusluğu ilə seçiləcək.

Fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunacaq. Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi rejissor Nicat Kazımovun rəhbərliyi ilə artıq həmin tamaşaların məşqlərinə başlayıb.

Bu tədbirdə tamaşaçılar fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanmış insanların həyat hekayələrini birbaşa onların dilindən eşidəcəklər.

"Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insana çevrilməyi bacaran Sir Filip Kreven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entonu Sainsbari olacaq.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Sir Filip Kreyven 16 yaşında ikən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onun onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə bütün dünyada əlil idmanının və paralimpiya hərəkatnın inkişafına mühüm töhfələr verib. Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanın dostu Entoni Sainsbari haqqında da demək olar.

Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olacaq. Onun vətənə xidmət zamanı düşmən gülləsi nəticəsində görmə qabiliyyətini itirməsi, buna baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdiriləcək. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilmiş tamaşanın bir hissəsində yer alacaq.

Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyevlə eyni səhnəni bölüşəcək. Oleq Kretsulun bu tədbirdə yer alması da təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-cı ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atmışdı. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməmiş və bu dəfə para cüdo sahəsində uğurlar qazanmış və paralimpiya çempionluğuna qədər yüksələ bilib.

Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri Muniba Mazaridir. Pakistanın "dəmir ledisi” Muniba keçirdiyi qəza nəticəsində əlil arabası istifadəçisinə çevrilib. Mühafizəkar bir cəmiyyətdə o, həm fiziki məhdudiyyətlərini, həm də digər stiqmaları aşa bilib və dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. BBC tərəfindən dünyanın 100 güclü qadınından biri, "Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan biri seçilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM