31 Oktyabr 2019 12:44
604
İQTİSADİYYAT
A- A+

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar


Oktyabrın 27-30-da "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyəti Tacikistan Respublikasının Soqd vilayətində səfərdə olub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, cəmiyyətin idarə heyətinin sədr müavini Oqtay Məmmədov, Geoloji kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev vilayətin sədri Racabboy Axmadzoda ilə görüş keçiriblər. Xucand şəhərində təşkil olunan görüşdə vilayətin aparıcı dağ-mədən şirkət rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, Tacikistanın Soqd vilayətində dünyanın ən iri gümüş yatağı olan "Böyük Kanimansur”, eləcə də "Altın Topkan”, "Ciloy”, "Aprelevka” kimi nəcib metal filizi yataqları mövcuddur. Vilayət rəhbərliyi bu və digər mədənlərin işlənilməsində "AzerGold” QSC ilə təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

Nümayəndə heyəti "Aprelevka” birgə müəssisəsinin baş direktoru Baxtiyor Macidovla görüşüb, şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki baza, fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olub, "Kuş Mulla” və "Berquda” yataqlarına baxış keçiriblər.

Sonra tərəflər əməkdaşlıq məsələləri ətrafında danışıb, nəcib və qiymətli metal filizi sahələrində geoloji kəşfiyyat və hasilat proseslərinin həyata keçirilməsində, eləcə də müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətə dair fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video