Alternative content

01:41 20 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:54 20.11.2019 Dünyanı uşaqlara verək
00:43 20.11.2019 İnsaf yoxsa, israf var
00:37 20.11.2019 Qanlı dərənin sirləri
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizdə anti-dopinq sahəsində görülən işlərdən danışılıb
Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizdə anti-dopinq sahəsində görülən işlərdən danışılıb
ANA SƏHİFƏ / İDMAN
09:50 31.10.2019

UNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 2005-ci il oktyabrın 19-da keçirilmiş 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının (COP7) açılışı olub.

AZƏRTAC xəbər verir ki, yeddinci sessiyanın Bürosuna seçkilərdən sonra müzakirələr başlayıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə anti-dopinq sahəsində həyata keçirilmiş tədbirlərdən söz açıb. Bildirib ki, son illər anti-dopinq dünyası dəyişib və inkişaf edir. Dəyişikliklər anti-dopinqin bütün sahələrini, xüsusən son islahatlarda nəzərə alınan yeni idarəetmə mexanizmləri, habelə mövcud qayda və standartlarda aparılmış düzəlişləri əhatə edir. Aparılmış islahatlar müstəqillik məsələlərini birinci yerə qoyur və bu, tamamilə ədalətlidir.

Nazir vurğulayıb ki, anti-dopinq dünyasının müstəqilliyi və hər hansı potensial maraqların toqquşmaması sistemin şəffaflığı üçün olduqca vacibdir. Bu gün getdikcə daha çox ölkə dopinq əleyhinə əməliyyat və maliyyə müstəqilliyi şəklində muxtariyyət verməyə çalışır. Bu spesifik sahə müəyyən şəkildə tənzimlənə və əlaqələndirilə bilər. Ölkəmizdə məhz belə etdik. Azərbaycanda ayrıca müstəqil qurum – Azərbaycan Milli Anti-Dopinq Agentliyini (AMADA) yaratdıq. UNESKO Konvensiyasına istinad edərək AMADA və idman orqanlarının rol və vəzifələrini müəyyən edən, habelə məcəllə və beynəlxalq standartlara uyğun tənzimləyən konkret qanun təsdiq edilib.

"Hökumət nümayəndələri kimi anti-dopinq proqramlarını dəstəkləməliyik. Birbaşa anti-dopinq funksiyalarını həyata keçirən orqanların hüquqi statusunu daha da təkmilləşdirməyə, onların əməliyyat və maliyyə müstəqilliyinə, habelə anti-dopinq proqramlarının maneəsiz tətbiqinə nail olmağa çalışmalıyıq”, - deyə A.Rəhimov diqqətə çatdırıb.

Nazir deyib ki, bu sahədə uğur əldə etmək üçün güclü hüquqi baza və bütün maraqlı qurumların fəaliyyətinin düzgün əlaqələndirilməsi vacibdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsi, eləcə də konstruktiv dialoq aparmaq, məcəllə və beynəlxalq standartların praktiki tətbiqini intensiv şəkildə inkişaf etdirmək lazımdır.

Əməliyyat qaydalarının əhəmiyyətinə toxunan nazir işçi qrupun fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd edib.

Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasında ölkəmizin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, AMADA-nın rəhbəri Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafarzadə və UNESKO yanında daimi nümayəndəliyimizin III katibi Nigar Qurbanova iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM