31 Oktyabr 2019 09:48
499
SİYASƏT
A- A+

Türkiyə Prezidenti Administrasiyası: ABŞ-da qəbul olunan məlum qanun layihələri müttəfiqlik ruhuna ziddir


ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı, eləcə də iqtisadi sanksiyaları nəzərdə tutan qanun layihələri ilə əlaqədar Türkiyə tərəfinin etirazları davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter” hesabında verdiyi şərhdə ABŞ Nümayəndələr Palatasında "Sülh çeşməsi” əməliyyatı əsas gətirilərək Türkiyəyə sanksiyaların tətbiqinə dair, həmçinin 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanıyan qanun layihələrinin qəbul olunmasına etirazını bildirib.

Fəxrəddin Altun qeyd edib ki, ABŞ Nümayəndələr Palatasının Türkiyəyə sanksiyaların tətbiqinə dair qanun layihəsi strateji müttəfiqlik ruhuna ziddir. Layihənin ABŞ ilə Türkiyə arasında ticarət dövriyyəsinin 100 milyard dollara çatdırılmasının nəzərdə tutulduğu bir dövrə təsadüf etməsi ABŞ hökumətinin daha bir hədəfinin iflası kimi dəyərləndirilib.

F.Altun ABŞ Nümayəndələr Palatasında 1915-ci il hadisələrini "soyqırımı” olaraq tanıyan qanun layihəsinin səsverməyə çıxarılmasının ABŞ-Türkiyə əlaqələrinə dəyər verən hər kəs üçün narahatverici olduğunu bildirib. O, qanun layihəsinin lehinə səs verənlərin təlatümlü bir bölgədə strateji baxımdan kritik əlaqələrin pozulmasına görə cavabdeh olacaqlarını vurğulayıb. Qeyd olunub ki, Prezident Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı erməni icmasına başsağlığı verib və məlum hadisələrdən kədərləndiyini bildirib. Həmçinin Birinci Dünya müharibəsində baş verənləri araşdırmaq üçün tarixi komissiyanın qurulmasını da təklif edib. Siyasi ambisiyalar üçün tarixi hadisələrin siyasiləşdirilməsi yolverilməzdir. Ona görə də erməniləri öz tarixlərini siyasi hesabların alətinə çevirməməyi xahiş edirik. Bu bölgədə yüz illərdir birlikdə yaşayırıq. Tarix bizə bölgəmizə hazırda olduqca böyük ağrılar yaşadan xarici qüvvələrin müdaxilələrinin münasibətlərimizə fayda verməyəcəyini öyrədib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video