190 ölkənin öncülləri sırasında
Prezident İlham Əliyevin alternativsiz islahatları, innovativ dövlət idarəçiliyi Azərbaycanın reytinqini yüksəldir və ölkəmizi beynəlxalq iqtisadi təşkilatların tamhüquqlu üzvünə çevirir
Dövrün tələblərinə uyğun aparılan kompleks islahatlar Azərbaycana artıq həm siyasi-iqtisadi dividendlər qazandırır, həm də ölkəmizin beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşdırır.
Prezident İlham Əliyevin 2015-ci ildən daha da dərinləşdirdiyi islahatların uğurlu nəticələrinin beynəlxalq reytinq agentliklərinin, Dünya Bankının və Dünya İqtisadi Forumunun hesabatlarında əksini tapması da bunun real təcəssümüdür.
Dünya Bankının "Doing Business 2020” hesabatında Azərbaycan top-20 ən islahatçı ölkə sırasında yer alıb. Hesabatda Azərbaycan 190 ölkə arasında 76,7 qiymətləndirmə balı ilə 34-cü sırada qərarlaşıb. Ölkəmiz 2018-ci ilin mayından 2019-cu ilin mayına qədər olan dövrdə həyata keçirilən kompleks islahatlara, xüsusən də 4 indikator- "Əmlakın qeydiyyatı”, "Kreditin alınması”, "Minoritar investorların hüquqlarının qorunması” və "Müqavilələrin icrasının təmin edilməsi” üzrə aparılan islahatlara görə bu yerə layiq görülüb.
Hesabatda qeyd olunur ki, Azərbaycan kadastrın əhatə dairəsini genişləndirməklə və kadastr planlarını rəqəmsallaşdırmaqla əmlakın qeydiyyata alınmasını daha asan və şəffaf edib. Ölkəmiz həm borcların, həm də öhdəliklərin ümumi təsvirinə, təhlükəsizlik maraqlarının məhkəmədənkənar icrasına icazə verib. Tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyət direktorların üzərinə qoyulmaqla minoritar investorların hüquqlarının müdafiəsi gücləndirilib.
Azərbaycan şikayətçilərə ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiqi və könüllü vasitəçilik haqqında birləşdirilmiş qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.
Hesabata əsasən, Azərbaycan biznesə başlama üzrə 9-cu, tikinti üçün icazələrin alınması üzrə 59-cu, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə 80-ci, əmlakın qeydiyyatı üzrə 44-cü, kreditlərin alınması üzrə 1-ci, kiçik investorların hüquqlarının müdafiəsi üzrə 105-ci, vergilərin ödənilməsi üzrə 40-cı, sərhəddə ticarət üzrə 83-cü, müqavilələrin icrası üzrə 28-ci və müflisləşmənin həlli indikatoru üzrə 47-ci yerdədir.
Azərbaycanın "Doing Business 2020” hesabatında ən yüksək nəticə əldə etdiyi sahə kreditlərin əlçatanlığıdır. Ölkəmiz kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 dövlət arasında 1-cidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata əsasən, bu göstərici üzrə kompleks biznes islahatları çərçivəsində "Daşınar əmlakın yüklülüyü haqqında” qanuna və Mülki Məcəlləyə edilən dəyişikliklərlə uyğunlaşdırmalar aparılması öz töhfəsini verib. Beləliklə, son dəyişikliklər nəticəsində aparılan sadələşdirmələrlə daşınar əmlakın bir kateqoriyasının ümumi formada təsvirinin verilməsi, gələcəkdə əldə ediləcək əmlakın yüklü edilməsinə, əsas öhdəliyin maksimal ölçüsünün göstərilməsinin mümkünlüyünə icazə verilir.
Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq Mülki Məcəlləyə və Mülki Prosessual Məcəlləyə edilən dəyişikliklərlə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlb etmək, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur.
Göründüyü kimi, son 4 ilin hesabatlarına görə Azərbaycan yüksəlişdədir. Ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindən kənarda qalmır.
Bütün bunlar Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin bütün təbəqələrinin, o cümlədən biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha göstərir.
Bu uğurlar cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət olmaqla yanaşı, ölkədə sahibkar sinfi üçün yeni imkanların yaradıldığından, xarici investorlara edilən güzəştlərdən xəbər verir. Digər tərəfdən, ölkəmizin nüfuzlu hesabatda irəliləməsinə əsas səbəblər sırasında hökumətin əksər sahələrdə öz xidmətlərini elektronlaşdırmasını, bu xidmətlərin əlçatanlığının təmin olunmasını vurğulamaq mümkündür.
Azərbaycanın sosial-iqtisadi, humanitar sahələrdəki uğurlu inkişafı beynəlxalq təşkilatların diqqətindən yayınmır. Beynəlxalq qurumlar ölkələrin inkişafını diqqət və təhlil predmetinə çevirməklə onların qlobal əhəmiyyətini təsdiqləyirlər.
Əlbəttə ki, Azərbaycanın uğurlu inkişafının, tərəqqisinin kökündə Prezident İlham Əliyevin innovativ dövlət idarəçiliyi strategiyası durur. Bu ardıcıl siyasətin məntiqi nəticəsi kimi 15 oktyabr 2019-cu ildə Azərbaycanın növbəti beynəlxalq uğurunun şahidi olduq. Həmin gün Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qərargahında Azərbaycanın İƏİT-in İnkişafa Dəstək Komitəsinin tamhüquqlu üzvü qismində bu təşkilatda statusunun yüksəldilməsi barədə qərar qəbul edildi.
Bu təşkilatda birləşən ölkələrin böyük əksəriyyəti Avropa Birliyinin üzvüdür. Lakin Avropa Birliyinə daxil olmayan ABŞ, Kanada, Yaponiya, Türkiyə, Meksika və bir sıra digər ölkələr də bu təşkilatda təmsil olunur. Beynəlxalq statistikaya görə, dünya ÜDM-nin 60 faizi İƏİT ölkələrinin payına düşür. Azərbaycan MDB məkanında öz göstəricilərinə görə İƏİT-in İnkişafa Dəstək Komitəsinə üzvlük tələblərinə cavab verən ilk ölkədir.
Azərbaycanın bu təşkilatın İnkişafa Dəstək Komitəsi kimi elit kluba üzvlüyünü təmin edən faktorlar ölkəmizin davamlı inkişafının planlaşdırılması və idarə edilməsi, həmçinin inklüziv cəmiyyətin formalaşdırılması sahəsində uğurlarıdır.
Müstəqilliyinin bərpasından cəmi 28 il ötən bir ölkənin belə sürətli tərəqqisi rekord göstərici hesab olunur. Cənab İlham Əliyevin son 16 ildə həyata keçirdiyi məqsədyönlü, tam müstəqil siyasət bu uğurları şərtləndirən əsas amildir.
Əlbəttə ki, Azərbaycanın reytinqlərdə yüksələn mövqeyi təkcə beynəlxalq təşkilatların deyil, investorların da diqqətini cəlb edir. Yaradılan əlverişli biznes mühiti, investorlara edilən güzəştlər Azərbaycana investisiya axınını daha da sürətləndirir. Yəni Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində "Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu da asanlaşdırır. Bu ilin 9 ayında iqtisadiyyata yatırılan 10,1 milyard manatlıq investisiya da onu deməyə əsas verir ki, investorların Azərbaycana olan marağı getdikcə artır.
Dövlət başçısı da həyata keçirilən islahatları dəyərləndirərkən deyib: "Biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir”.
Onu da vurğulayaq ki, Dünya Bankının hər il hazırladığı hesabat biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Azərbaycanın uğurları isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və dərin iqtisadi islahatlara verilən beynəlxalq qiymət olmaqla bərabər ölkəmizin reallığa çevrilən yeniliklərinin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!