31 Oktyabr 2019 00:35
511
SİYASƏT
A- A+

Ermənistanın növbəti acizliyi


Azərbaycan diplomatiyasının uğurlu gedişləri Ermənistanın təcavüzkar siyasətinin ifşasında, onun işğalçı mahiyyətinin ortaya çıxmasında mühüm rol oynayır.

Elə bunun da nəticəsində Ermənistanın işğala siyasi, hüquqi don geyindirmək cəhdləri birmənalı şəkildə iflasa uğrayır. Ötən həftə Bakıda yüksək səviyyədə keçirilmiş Qoşulmama Hərəkatının XVIII dövlət və hökumət başçılarının Zirvə görüşünün yekun sənədi ilə bağlı Ermənistanın xarici işlər nazirliyinin bəyanatı uğursuz erməni xarici siyasətinin acizliyini və çarəsizliyini növbəti dəfə göstərdi.

Uğursuz və təcrid vəziyyətinə düşən Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərini məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə ittiham etməsi təlaş içərisində olmağın göstəricisidir. Növbəti dəfə təsdiq olundu ki, beynəlxalq hüququn norma və prinsiplərinə, münasibətlərdə sivil davranışa hörmətsiz yanaşan dövlət məhz Ermənistandır.

Yekun sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistanın beynəlxalq təcridinin artmasını bir daha nümayiş etdirdi. Qoşulmama Hərəkatının üzv dövlətləri də daxil olmaqla dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləməsi ölkəmizin haqlı və ədalətli mövqedə olmasıdır. Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və torpaqlarımızın beşdəbirini işğal altında saxlayaraq həmin ərazilərin azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən və münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəçiliyindən danışmağa haqqı var.

Azərbaycanın Ermənistana qarşı yürütdüyü siyasət və gördüyü tədbirlər indi işğalçı ölkənin tənəzzülünü daha dinamik hala gətirib. Ermənistanın gələcəyi ilə bağlı nikbin olmayanlar müxtəlif xarici ölkələrdə məskunlaşmağı indiki durumda ən yaxşı çıxış yolu sayırlar. Hazırda Ermənistanda ən böyük problemlərdən biri ölkədə miqrasiya tempinin yeni vüsət alması, daha çox sayda insanın xaricə üz tutmasıdır.

Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətli vəziyyətə gətirəcək. 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən şərtlərdən biri də məhz Prezident İlham Əliyevin həyata keçirdiyi təcrid siyasəti oldu.

İndi dünya miqyasında birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirib. Başqa sözlə, Azərbaycan dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır.

Xatırladaq ki, ötən il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son toplantısında da Ermənistan rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq, təşkilat çərçivəsində müşahidəçi və tərəfdaş dövlətin hüquqi statusunu müəyyən edən sənədə imza atıldı. Bu, o deməkdir ki, təşkilat Azərbaycanın regiondakı yerini, çəkisini, əhəmiyyətini nəzərə alaraq öz nizamnaməsində dəyişiklik etdi. Təşkilat yanında müşahidəçi dövlət statusunu müəyyən etdi.

Bir sözlə, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə daim fəal dəstək verir, dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Bakıda mütəmadi olaraq təşkil olunan müxtəlif beynəlxalq tədbirlər, mötəbər beynəlxalq təşkilatlarda sədrliyin Azərbaycana etimad olunması dünya ictimaiyyətinin ölkəmizə verdiyi yüksək qiymətin təzahürüdür.

Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə görə isə Ermənistan geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Onun düşdüyü bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər problemləri aradan qaldırmaq iqtidarında deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video