Alternative content

02:47 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət naziri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
Mədəniyyət naziri ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb
ANA SƏHİFƏ / Mədəniyyət
19:01 30.10.2019

Oktyabrın 30-da Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri –lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və "Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir. Nazir həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni isinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı və tolerant ölkə kimi tanındığını vurğulayan Ə.Qarayev qeyd edib ki, uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh, əmin-amanlıq şəraitində yaşayırlar. Quba rayonunda dağ yəhudilərinin yaşadıqları Qırmızı Qəsəbə buna bariz nümunədir. Nazir Azərbaycan Prezidentinin dəstəyi ilə mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirilən qlobal əhəmiyyətli tədbirlər, "Bakı Prosesi” çərçivəsində reallaşdırılan forumlar barədə qonaqları məlumatlandırıb. İki ildən bir Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışan nazir Əbülfəs Qarayev İsrail dövlətinin də tədbirdə aktiv iştirak etdiyini deyib.

Vurğulanıb ki, belə beynəlxalq tədbirlər ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Baş redaktor Rafael Nektalov Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təhsil-təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təklif və istəklərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM