Alternative content

02:43 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı alim beynəlxalq elmi konfransda Azəbaycanın dövlətçilik ənənələrinə həsr olunan məruzə ilə çıxış edib
Azərbaycanlı alim beynəlxalq elmi konfransda Azəbaycanın dövlətçilik ənənələrinə həsr olunan məruzə ilə çıxış edib
ANA SƏHİFƏ / Elm və texnika
14:54 30.10.2019


Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində «Moskva Kremlinin Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğu”nda 2019-ci il oktyabrın 22-25-də keçirilən «Muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılan tarixi silahlar” adlı IV-cü Beynəlxalq elmi konfrans keçirilib. Mötəbər və nüfuzlu tədbirlərdən hesab edilən elmi konfransda Rusiya və Avropa dövlətlərindən olan yüksək səviyyəli alimlərin elmi məruzələri dinlənilmişdir. Elmi tədbirdə "QƏSR” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin İdarə Heyətinin üzvü, sədrin birinci müavini, İCOMAM Beynəlxalq Komitənin İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, bay­raq­şü­nas­lıq və heraldika üz­rə mü­tə­xəs­sisi Pərvin Gözəlovun «Azərbaycanın Şəki şəhərindəki XVIII əsr Xan sarayının divar rəsmlərində hakimiyyət rəmzləri və silah təsvirləri” adlı elmi məruzəsi maraqla qarşılanmışdır.

P.Gözəlov məruzəsində qeyd etmişdir ki, Azərbaycanda dövlətçilik ənənələrinin inkişaf etdiyi və dərinləşdiyi bir vaxtda tarixi hakimiyyət simvollarının öyrənilməsi tarix elminin aktual məsələrindəndir. Azərbaycan tarixində xususi yer tutan XVIII əsrin ikinci yarısında müstəqil xanlıqlar formalaşmağa başlamışdır. Bu xanlıqların hər biri öz dövlətçilik rəmzlərinə malik olmuşdur. XVIII əsr Azərbaycan xanlıqlarının dövlət və döyüş bayraqlarının, həmçinin xanların hakimiyyət rəmzlərinin təsviri ilə bağlı mənbələr çox az və pərakəndə xarakter daşıyır. Belə mənbələrə yazılı (dövrün rəsmi sənədləri, həmçinin salnaməçi və səyyahların əsərləri), təsviri (dövrün abidələrində olan şəkil və rəsmlər) və muzey (müxtəlif muzeylərdə qorunan bayraq və digər hakimiyyət rəmzləri) mənbələrini aid etmək olar. Bu baxımdan Şəki xanlarının yay sarayının divar rəsmlərində rast gəlinən bayraq, şeşpər, silah təsvirlərinin və digər dövlətçilik rəmzlərinin öyrənilməsi olduqca aktualdır.

Beləliklə, məruzədə dünya abidələri siyahısına daxil edilən, UNESCO tərəfindən qorunan, Şəki xanlarının yay sarayı Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə – 1761-1762-ci illərdə istifadəyə verilməsidir. XVIII əsr Azərbaycan memarlığının incilərindən olan bu saray dövlətçilik tariximizin öyrənilməsində, bugünümüzə qədər gəlib çatmasında XVIII əsrin yeqanə saray təsvirlərindən mənbə kimi istifadə olunur. Belə ki, burada təsvir edilən müxtəlif xarakterli səhnələr dövrün içtimai-siyasi, mədəni və hərbi xüsusiyyətlərini oyrənməyə imkan verir. Şəki Xan Sarayının ikinci mərtəbəsinin salonunda taxçanın birinci və ikinci yaruslarında haşiyə şəklində verilən döyüş və ov səhnələrindəki bayraqlar dövlətcilik tariximizin öyrənilməsində mənbə kimi xüsusi məna kəsb edir. Saray divar rəsmlərində təsvir olunmuş 16 növ bayraq müxtəlif forma və rəngləri ilə seçilir. Rəsmlərdə təsvir edilən bayraqlar aşağıdakı hissələrdən ibarətdir: bayrağın parca hissəsi, ağacdan düzəldirmiş sap, sapın başına taxılmış metal ucluq. Döyüş səhnəsində əks olunmuş suvari və piyada bayraqdarların əlindəki bayraqların parça hissələrinin dördkünc, uzunsov ikidişli üçbucaq və üçkünc formalıdır.

Beynəlxalq tədbirdən alimlərə təqdim edilən Sarayın divar rəsmlərindən aydın olur ki, təsvir edilən bayraqların forma müxtəlifliyi onların sahiblərinin hakimiyyət pilləkanının müxtəlif pillələrində dayanması ilə bağlı olmuşdur. Bayraqların saplarına taxılan ucluqların birinci növü xəmsə formalı (açılmış insan əli), ikinci növü – süngü formalı və üçüncü növ – mürəkkəbdir. Mürəkkəb ucluq iki hisədən ibarətdir. Alt hissəsi qoç başı və ya acılan zanbaq gülü formasındadır. Üst hissəsi isə rombvari nizəni xatırladır. Bu tip bayraq ucluqlarına bir çox orta əsr müsəlman dövlətlərində rast qəlinir. Bir neçə belə nümunə Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasında saxlanılır.

Şəki Xan Sarayının divar rəsmlərində təsvir olunan bayraqların əsas rəngləri müxtəlifdir. Bayraqların parçası əsasən qırmızı, sarı, yaşıl rənglərdən və onların çalarlarından təsvir olunub. Təsvirlərdə zolaqlı bayraqlar da var.

Bu əlvan rənglərə biz orta əsr Azərbaycan bayraqlarının təsvir edən miniatürlərdə də rast qəlirik. Fərq ondadır ki, orta əsr bayraqlarında parca hissə, demək olar ki, bütünlüklə ornamentlərlə bəzədilmişdir. XVIII əsr bayraqlarında isə, əksinə, ornament parçanın bir hissəsini tutur.

Şəki Xan Sarayının divar rəsmlərində təsvir olunan bayraqlar üzərində cürbəcür rəmz və işarələr göstərilib. Onlardan birində olan təsvir qədim dövr türk tamğalarını xatırladır. Burada bir-birilərinə birləşdirilmiş ucları sola baxan və ucları sağa baxan ayparalar göstərilib. İkinci bayrağın parçasında xəmsə təsvir edilib. Növbəti bayraqda ückünc uzunsov bayrağın üzərində nəbatı ornamentlər mövcuddur. Bir bayrağın üzərində əyritiyəli qılınc, üçkünc ikidişli uzunsov bayrağın mərkəzində şir və Günəş, axırıncı bayraq üzərində isə üçkünc ikidişli uzunsov bayrağın sapa yaxın olan hissədə Günəş təsvir olunub.

Beləliklə, P.Gözəlovun təqdim etdiyi məruzə bir daha sübut edir ki, Şəki Xan Sarayının divar rəsmləri hələ XVIII-XIX əsrin əvvəllərində mövcud olmuş Azərbaycan dövlətçilik rəmzlərinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Elmi tədbir iştirakçıları üçün məruzəçi tərəfindən müvafiq fotoslaydlar təqdim olunub. Sonda mövzu ətrafında maraq doğuran suallar cavablandırılıb. Konfransın son günü təşkil edilmiş diskusiyada alimlər elmi tədqiqatlarının nəticələri və elmi təcrübələri ətrafında geniş fikir mübadilləsi aparıblar.

Konfrans çərçivəsində elmi tədbirin iştirakçılarına Moskva Kremlinin muzeylərində və ərazisində yerləşən abidələrində ekskursiya təşkil edilmişdir. Həmçinin Rusiya Federasiyası Prezidentinin İqamətgahı barədə və üzərində dalğalanan Prezident ştandartı haqqında ətraflı məlumat təqdim olunmuşdur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM