30 Oktyabr 2019 00:31
656
İQTİSADİYYAT
A- A+

“Azərenerji” “Bakı” Elektrik Stansiyasında təmir-bərpa işləri aparır


"Azərenerji” ASC regionlardakı elektrik stansiyalarında olduğu kimi, qoyuluş gücü 104,4 meqavat olan "Bakı” Elektrik Stansiyasında da "itirilmiş” gücün bərpa edilməsi, etibarlılığın və dayanıqlılığın artırılması istiqamətində təmir-bərpa işləri aparır.

Qeyd edək ki, ötən ilin payızında qəbul edilən "Peabilitasiya Proqramına” qədər "Bakı” Elektrik Stansiyasında mövcud 12 aqreqatdan 1 ədədi ümumiyyətlə işləmirdi, qalan 11 aqreqat isə kəsirlə işləyirdi. İlin sonunda bütün aqreqatlarda itirilmiş güc bərpa ediləcək. Belə ki, yaranan problemi aradan qaldırmaq üçün ilin əvvəlindən aqreqatların ehtiyat hissələri sifariş edilərək gətirilib və sazlama işlərinə başlanılıb. 2015-ci ildən fəaliyyətini dayandıran bir ədəd aqreqat da daxil olmaqla son aylarda 7 aqreqat təmir edilib, 2 aqreqatda isə təmir işləri yekunlaşmaq üzrədir. İlin sonuna qədər digər 3 aqreqatda da təmir işləri yekunlaşdıqdan sonra stansiyada 20 meqavat itirilmiş güc bərpa ediləcək. Stansiyada enerjinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də kompleks işlər həyata keçirilib və stansiyadan çıxan 4 ədəd 110 kilovoltluq yüksək gərginlikli hava xətlərindəki problemlər aradan qaldırılıb.

Xatırladaq ki, "Azərenerji” ASC "Bakı” Elektrik Stansiyası ilə yanaşı, "Səngəçal”, "Xaçmaz”, "Şəki”, "Astara” və "Şahdağ” modul tipli elektrik stansiyalarında, həmçinin "Azərbaycan” İstilik Elektrik Stansiyası da daxil olmaqla, ümumilikdə 12 elektrik stansiyasında yenidənqurma, təmir-bərpa işləri həyata keçirir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video