30 Oktyabr 2019 00:30
455
İQTİSADİYYAT
A- A+

9 ay üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Sığorta alətlərinin bazar penetrasiyasının artırılması ilə bağlı sığorta məhsullarının çeşidinin artırılması və sığorta bazarının inkişafı istiqamətində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilib.

Cari ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 522,5 milyon manat məbləğində sığorta haqqı toplanıb, 201,7 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 351,7 milyon, ödənişlər 143,4 milyon manat təşkil edib. İcbari sığorta bazarına gəldikdə, burada toplanan haqlar 170,7 milyon, ödənişlər isə 58,3 milyon manat olub.

İlin 3 rübü ərzində sektor üzrə məcmu sığorta haqlarının 67,3 faizi könüllü, 32.7 faizi icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71,1 faizi könüllü, 28,9 faizi icbari sığorta növləri hesabına formalaşıb.

Qeyri-həyat sığortasının könüllü növlərində 2 faiz (3,7 milyon manat), icbari növlərində isə 7 faiz (9,1 milyon manat) olmaqla sığorta haqlarının artımı davam edib. Könüllü növlərdə ən böyük artım tibbi sığorta üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz və ya 9 milyon manat artım müşahidə edilib. Könüllü növlər üzrə əmlak sığortası növlərindən nəqliyyat vasitələrinin sığortasında da (avtonəqliyyat vasitələrinin sığortası 26 faiz və ya 5,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 29 faiz və ya 1,7 milyon, hava nəqliyyatı vasitələrinin sığortası 6 faiz və ya 0,6 milyon manat) artım olub.

İcbari sığortalar üzrə sığorta haqları keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz (17,1 milyon manat) artıb. Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayverləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5 faiz və ya 3,6 milyon manat artım), daşınmaz əmlakın icbari sığortası (21 faiz və ya 4,9 milyon manat artım) və məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası (9 faiz və ya 1,1 milyon manat artım) növləri olub.

Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar ümumilikdə həyat sığortasında azalma olsa da, sosial-iqtisadi əhəmiyyət daşıyan növlərdən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 29 faiz (8,1 milyon manat) artım qeydə alınıb.

Ödənişlərdə keçən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10,4 milyon manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 milyon, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2,6 milyon manat artım olub. Azalma isə əsasən tibbi sığorta (1 milyon manat) və hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası (2 milyon manat ) üzrədir. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin başvermə intensivliyindən asılı olaraq dəyişib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video