29 Oktyabr 2019 21:04
1395
İDMAN
A- A+

Parisdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın perspektivləri müzakirə olunub


UNESKO-nun Parisdə yerləşən baş qərargahında Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimovla təşkilatın Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşifin görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azad Rəhimov Azərbaycanda gənclər və idman sahələrində aparılan islahatlar, əldə olunan nailiyyətlər, eləcə də uğurla təşkil edilən beynəlxalq idman tədbirləri haqqında məlumat verib, ölkəmizin bu sahələrdəki öhdəliklərindən söz açıb.

Görüşdə Azərbaycan-UNESKO əməkdaşlığına toxunulub və əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyasının oktyabrın 30-da işə başlayacaq iclasının gündəliyində duran məsələlər və Konvensiyanın həyata keçirilməsinə qarşı təhdidlər müzakirə olunub. Həmçinin ölkəmizin Tərəflər Konvensiyası (COP) çərçivəsində fəaliyyəti və həyata keçirilən tədbirlər diqqət mərkəzində olub.

Sonda Azərbaycanda həyata keçirilən gənclər siyasəti və bu sahədə qəbul olunmuş strateji sənədlərə uyğun əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video