Alternative content

13:46 09 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
Milli Kitabxanada “İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı olub
ANA SƏHİFƏ / Mədəniyyət
17:23 29.10.2019

Oktyabrın 29-da M.F. Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə çap olunmuş "İsi Məlikzadə. Qatarda” hekayələr toplusunun təqdimatı keçirilib.

Kitab Mədəniyyət Nazirliyi, Milli Kitabxananın birgə təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunub.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov İsi Məlikzadənin əsərlərinin rus yazıçısı Anton Çexovun yaradıcılığı ilə müqayisə oluna biləcəyini söyləyib və onun duzlu-şirin yazıları ilə ədəbiyyat tarixində əbədi yaşayacağını qeyd edib. O, kitabın əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, gənc nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında geniş təsəvvür yaranacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar deyib: "İsi Məlikzadə ötən əsrin 60-cı illərinə mənsub olan ən istedadlı yazıçılardan biri olub. Ona klassik yazıçı deməyə haqqımız çatır. Əsərlərində qarabağlıların bənzərsiz yumorunu çox böyük koloritlə qələmə alıb. Yazıçının əsərlərinin qəhrəmanları da real həyatdan götürülüb”.

Onun sözlərinə görə, istedadlı yazıçının dünyadan vaxtsız getməsinə Qarabağ hadisələri səbəbi olub, çünki bu hadisələri o, ürəkdə yaşayıb.

AYB-nin katibi Rəşad Məcid kitabın hazırlanmasında baş redaktoru olduğu "525-ci qəzet”in böyük əməyi olduğunu vurğulayıb. Bildirib ki, bu günə qədər İsi Məlikzadənin latın qrafikasıyla kitabı çap olunmayıb. Kitabda tanınmış ədiblərimizin fikirləri də əksini tapıb. O, İsi Məlikzadənin Ağcabədidə xatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.

Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yazıçı haqqında xatirələrini bölüşüblər.

Filologiya elmləri doktoru Asif Rüstəmli Milli Kitabxanaya, Yazıçılar Birliyinə və kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək bildirib ki, bu kitab İsi Məlikzadənin yubileyinə ən sanballı töhfədir.

Jurnalist Əsəd Cahangir çıxış edərək tədbirin əhəmiyyətini vurğulayaraq "Ədəbiyyat” qəzetində çap etdirdiyi "Qatarda keçən 30 il” məqaləsindən danışıb. O, bildirib ki, onun yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub və İsi Məlikzadəni "realist-psixoloji yazıçı” kimi dəyərləndirib.

Sonda tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət "İsi Məlikzadə - 85” adlı sərgi ilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM