29 Oktyabr 2019 17:11
1539
Səhiyyə
A- A+

Duz və şəkərdən qədərindən çox istifadə edilməsi bir sıra xəstəliklərə səbəb olur


Gündəlik həyatda qədərində istifadə edilən duz və şəkər orqanizm üçün vacibdir. Lakin həmin məhsullardan çox istifadə olunması isə kifayət qədər ciddi xəstəliklərin başlanğıcı ola bilər.

Həkim-fitoterapevt Elnur Eldaroğlunun AZƏRTAC-a verdiyi məlumata görə, qidalanma zamanı qəbul edilən ərzaqların əksəriyyətinin tərkibində duz var. Bununla yanaşı hazırlanan xörək və salatlara duz əlavə etmək sağlamlıq üçün problemlər yaradır: "Duzun çox qəbul edilməsi bir sıra xəstəliklərin yaranmasına rəvac verir. Bu zaman qan təzyiqi yüksəlir, mədə qıcıqlanır. Duzlu qidaların həddindən çox qəbul edilməsi isə artrit, revmatizm, dermatit, ekzema kimi xəstəliklərin yaranmasına aparıb çıxarır”.

Onun dediyinə görə, uzun müddət şəkərdən istifadə etmək nevroloji problemlərə səbəb olur, onun qavrama qabiliyyəti və yaddaşı zəiflətdiyi mütəxəssislər tərəfindən təsdiq olunub: "Son illər piylənmənin iki dəfə artmasının bir səbəbi də "ağ ölüm” adlandırılan şəkər və duzun normadan artıq qəbul edilməsidir. Şəkər tərkibli qidalar qanda şəkəri artıraraq şəkərli diabet və ürək-damar xəstəliklərinə səbəb olur. Əksər insanların sevimli qidası olan şirniyyatlar, kofe və şokolad mütəmadi şəkildə istifadə edildikdə tam həzm olmur, qaraciyərin piylənməsinə və dişlərin çürüməsinə aparıb çıxarır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video