29 Oktyabr 2019 15:57
613
DÜNYA
A- A+

Kaliforniyada meşə yanğınları səngimir


Los-Anceles ətrafındakı qəsəbələrin minlərlə sakini yanğın təhlükəsinə görə təxliyə edilmişdir. Artıq 200 hektardan çox meşə sahəsi məhv olmuşdur. Bu barədə TRT telekanalı xəbər verir.

Rəsmi məlumata görə, Kaliforniya ştatında təbii fəlakət 100-ə yaxın tikilini məhv etmişdir, 80 min ev təhlükəli zonada yerləşir. Yanğınlar Beverli-Hillz istiqamətindən Los-Ancelesə yaxınlaşır.

Srağagün hökumət tanınmış şəxslərin mülkləri yerləşən Brentvud rayonunda təxliyə elan etmişdir. Gecə saat 03:00 radələrində evini tərk etməyə məcbur olan aktyor və ştatın keçmiş qubernatoru Arnold Şvartsenegger hamını təxliyəyə ciddi yanaşmağa çağırmışdır.

Məşhur basketbolçu Lebron Ceyms isə bildirmişdir ki, Los-Anceles yanğınları zarafat deyil. O, təxliyədən sonra ailəsinə yer tapmaq üçün xeyli vaxt sərv etdiyindən şikayətlənmişdir.

Meteoroloqlar qeyd edirlər ki, regionda yanğınlarla mübarizə üçün təxminən birgünlük əlverişli hava şəraiti bərqərar olmuşdu. Lakin sonradan vəziyyət yenidən pisləşə bilər: alovun yayılmasına səbəb olacaq güclü küləyin qalxacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video