29 Oktyabr 2019 15:47
1212
İDMAN
A- A+

UNESKO-nun “İdmanda dopinqə qarşı mübarizə haqqında” Konvensiyasının yeddinci sessiyası işə başlayıb


UNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 2005-ci il oktyabrın 19-da keçirilmiş 33-cü sessiyasında qəbul edilmiş "İdmanda dopinqə qarşı mübarizə haqqında” Beynəlxalq Tərəflər Konvensiyasının yeddinci sessiyası (COP7) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Konvensiyanın bütün iştirakçı dövlətlərinin, eləcə də UNESKO-ya üzv ölkələrin iştirakı ilə iki ildən bir keçirilən sessiyaya Azərbaycan nümayəndə heyəti də qatılıb.

Sessiyadan əvvəl ilk dəfə olaraq ekspertlərin, tanınmış şəxslərin, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Forum keçirilir. Müzakirələr "Süni intellekt və genetik dopinq”, "Dəyərlərə əsaslana təhsil” və "Qadınların və gənclərin idmana çıxışı” kimi üç əsas mövzu ətrafında aparılacaq. Həmçinin, UNESKO-nun, iştirakçı dövlətlərin daimi nümayəndə heyətlərinin, milli antidopinq təşkilatlarının təmsilçiləri də müzakirələrdə fəal iştirak edəcəklər.

Oktyabrın 30-da və 31-də isə COP6 qətnamələrinin monitorinqi və ötən müddətdə əldə olunan irəliləyişlər ətrafında müzakirələr aparılacaq. COP7 sessiyası 2017-ci və 2018-ci illərdə aparılmış qiymətləndirmə tövsiyələrinin tətbiqi ilə əməliyyat mexanizmlərinin tərtib edilməsinə və idmanda dopinqdən istifadənin aradan qaldırılmasına dair Fonda töhfələrini verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video