29 Oktyabr 2019 15:01
484
İQTİSADİYYAT
A- A+

Pambıq yığımında orta məhsuldarlıq ötən illə müqayisədə 7,9 sentner çoxdur


Beş həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib


Bu il Azərbaycanın müstəqillik tarixində rekord həddə pambıq yığımı proqnozlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ildə ölkənin 20 rayonunda 100,111 hektar sahədə pambıq əkini həyata keçirilib. Ötən illə müqayisədə pambıq əkini sahələrinin həcmi 32401 hektar azaldılıb, buna rəğmən orta məhsuldarlıq göstəricisi yüksəlib. Ötən il pambıq yığımında orta məhsuldarlıq 17,6 s/ha təşkil etmişdisə, artıq bu ilin oktyabrında bu rəqəm 7,9 sentner artaraq 25,5 sentnerə çatıb.

Məhsuldarlığın yüksəlməsinə səbəb aqrotexniki qulluq qaydalarına düzgün riayət olunması, gübrə ilə təminatın yüksək səviyyədə həyata keçirilməsi, məhsulun sahələrdən texnika ilə itkiyə yol verilmədən yığılmasıdır. 2018-ci ildə pambıq sahələrində yığımın 90 faizdən çoxu pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilib.

Bu il pambığın texnika ilə kütləvi yığımına sentyabrın 24-də start verilib, ötən 5 həftə ərzində qəbul məntəqələrinə 255 min tondan artıq pambıq təhvil verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 min ton, 2018-ci ilin yekun nəticəsi ilə müqayisədə isə 23 min ton artıqdır.

Artıq pambıq yığımı yekun mərhələyə qədəm qoyub. Sahələrdən birinci üz yığım yekunlaşmaq üzrədir, ikinci üz yığımın isə 50 faizi başa çatıb. Bu il ən çox pambıq Saatlı (13741 ha), Ağcabədi (10452 ha), Biləsuvar (10257 ha), Bərdə (10140 ha) və Beyləqan (9706 ha) rayonlarında əkilib. Yığılan pambığın 144185 tonu bu rayonların payına düşür.

Pambıq yığımı davam edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video