Alternative content

07:38 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub
Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub
ANA SƏHİFƏ / Təhsil
12:10 29.10.2019

Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə Böyük Britaniyanın "TwentyEighty Strategy Execution” ("STRATEX”) şirkəti və Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti tərəfindən birgə həyata keçirilən Layihə İdarəetmə Məktəbinin (SPM) tədris proqramının yeni qrupunun açılış mərasimi keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Layihə İdarəetmə Məktəbinin növbəti tədris proqramı üçün bu dəfə aparıcı 10 müəssisəsinin 24 nümayəndəsi seçilib. Təlim proqramının iştirakçıları arasında BP, Socar AQŞ, Socar Polymer, Paşa holdinq, Azercell, ABB, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, İqtisadiyyat Nazirliyi və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi qurum və şirkətlərin rəhbər işçiləri, menecer və məsul əməkdaşları var.

Ali məktəbin rektoru Elmar Qasımov açılış mərasimində hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb. Rektor, həmçinin sürətlə dəyişən dünyada bacarıqların bilikdən daha ön planda olduğunu və SPM-in təlim proqramında bacarıqların öyrədilməsinin vacibliyini təlim iştirakçılarının diqqətinə çatdırıb.

Ölkənin aparıcı şirkətlərinin və dövlət, eləcə də beynəxalq qurumlarının rəhbər nümayəndələri və aparıcı mütəxəssislərindən ibarət olan iştirakçıların hər biri özləri haqqında qısa məlumat veriblər.

Təlim proqramı ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramına əsaslanır və 10-12 ay ərzində ayda 3-4 gün keçiriləcək.

Proqram 7 moduldan ibarətdir:

Layihələrin idarə olunması;

Xərclərə (büdcəyə) nəzarət;

Risklərin idarə olunması;

Liderlik və kommunikasiya;

Layihə menecerləri üçün keyfiyyət;

Layihələrin idarə olunmasının tətbiqi mexanizmləri;

Seçmə modul (Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları və ya PMP (Professional layihə meneceri) imtahanına hazırlıq).

Hər bir modulun sonunda təlim proqramının iştirakçıları imtahan verirlər və nəticədə modulu bitirmələri haqqında sertifikatla təltif olunurlar. Eyni zamanda, proqramı tam bitirdikdən sonra Corc Vaşinqton Universitetinin layihə idarəetməsi üzrə magistr sertifikatı ilə təltif olunurlar.

SPM tədris proqramında iştirak beynəlxalq səviyyədə qəbul edilən Layihə İdarəetmə İnstitutunun professional layihə meneceri sertifikatını almaq üçün mühüm əhəmiyyəti var. Proqramı bitirdikdən sonra iştirakçılar həmin imtahana qatıla bilərlər.

Hər il dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər BANM-in təşkilatçılığı ilə həyata keçirilən Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək, öz əməkdaşlarının ixtisasartırması üçün onların bu proqramda iştirakına üstünlük verir. 2016-cı ildən fəaliyyətə başlamış Layihə İdarəetmə Məktəbinin indiyə qədər sayca 7 milli buraxılışı olub.

Təlim proqramında iştirak edən hər kəs idarəetmə sahəsində peşəkar bilik, riskləri əvvəlcədən düzgün qiymətləndirmək və mənfi təsir edəcək risklərlə mübarizə bilikləri, eləcə də şirkət daxilində yarana biləcək problemləri əvvəlcədən müəyyənləşdirmək kimi bacarıqlar qazanır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM