Alternative content

02:46 19 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 19.11.2019 Bir əsrin xəzinəsi
16:22 18.11.2019 Kabildə terror aktı
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bir kəmər, bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”
“Bir kəmər, bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?”
ANA SƏHİFƏ / Təhsil
03:14 29.10.2019


UNEC-də "Bir kəmər, bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusuna həsr olunan tədbir keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə "Elm həftəsi” çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. Tədbirin "Bir kəmər, bir yol” mövzusuna həsr olunduğunu deyən rektor, bu layihənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Bunun üçün "Bir kəmər, bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu diqqətə çatdıran Ədalət Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və "Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının təşəbbüsü ilə təşkil olunduğunu qeyd edib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-də iqtisadiyyatın və elmin aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını və tədqiqatların genişləndirildiyini bildirib. Müzakirə olunan mövzunun əhəmiyyətini diqqətə çatdıran akademik, qədim İpək yolunun bərpası ilə bağlı 90-cı illərin əvvəllərində onun rəhbərliyi ilə aparılan tədqiqatlardan söz açıb. Azərbaycanın qlobal dünya iqtisadiyyatında ən böyük layihə sayılan "Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçı olduğunu bildirən komitə sədri bu kimi layihələrin ilk növbədə ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb. Çinin əldə etdiyi iqtisadi uğurda məhz həmin milli maraqların qorunduğunu bildirib.

Milli Məclisin deputatı Tahir Mirkişili mövzunun aktuallığına diqqət çəkərək layihənin iqtisadi və geosiyası tərəflərindən danışıb. Bu gün ən geniş ticarətin Avropa və Asiya arasında aparıldığını və dünya iqtisadiyyatının həcmini artırmaq üçün ölkələr arasında əlaqələrin genişləndirilməsinə ehtiyac olduğunu bildirib. Çinin irəli sürdüyü layihənin həm maliyyə, həm də əhatəlilik baxımından çox böyük olduğunu, 65 ölkəni əhatə edən layihəyə təxminən 4 trilyon dollara qədər vəsaitin qoyulmasının nəzərdə tutulduğunu deyib. "Bir kəmər, bir yol” layihəsində 6 marşrutdan yalnız birinin Azərbaycandan keçdiyini və Azərbaycanın layihənin yükdaşımalarında ən zəngin "dəhlizə” malik olduğunu diqqətə çatdırıb.

"Bir kəmər, bir yol” alyansı baş katibinin elm və texnologiyalar üzrə müavini Ph.D Li Renying çıxış edərək UNEC-in təşəbbüsü ilə keçirilən tədbirin "Bir kəmər, bir yol” layihəsində Azərbaycanın və Çinin iqtisadi maraqlarının öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim "Bir kəmər, bir yol” layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.

Tədbir müzakirələrlə davam edib. TRASEKA-nın Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, "Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.

Rektor "Elm həftəsi” çərçivəsində 5 gün müddətində UNEC-də iqtisadiyyatın aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını deyib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində araşdırmaların aparılmasının vacibliyindən danışan Ədalət Muradov "Bir kəmər, bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyacın olduğunu və bu istiqamətdə UNEC-in təşəbbüslə çıxış edəcəyini bildirib. Rektor layihə ilə bağlı mütəxəssis çatışmazlığını nəzərə alaraq, "Bir kəmər, bir yol” alyansı ilə birlikdə çinlilər üçün UNEC Eksterndə Xəzər dənizi ilə bağlı distant sertifikat proqramının reallaşdırılacağını qeyd edib.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM