Alternative content

09:34 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Milli Musiqi xəzinəmizdən” adlı layihənin ilk nəşrlərinin təqdimatı
“Milli Musiqi xəzinəmizdən” adlı layihənin ilk nəşrlərinin təqdimatı
ANA SƏHİFƏ / Mədəniyyət
03:01 29.10.2019


Oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Milli Musiqi xəzinəmizdən” adlı layihənin ilk nəşrləri - görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun və professor Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verib. Vurğulayıb ki, Milli Kitabxana sözügedən layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib.

Rəhbəri olduğu qurumun bu yöndə gördüyü işlər haqqında danışan K.Tahirov deyib ki, hazırda layihə çərçivəsində 500-dək musiqi əsəri toplanaraq kitabxananın elektron portalında yer alır. Ümumilikdə kitabxananın not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində görülən işlərin davam edəcəyini qeyd edən qurumun rəhbəri belə təqdimatların gələcəkdə də reallaşdırılacağını qeyd edib.

"Bu gün demək olar ki, müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək mümkündür. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək mümkündür” deyə K.Tahirov vurğulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirib, bu sahədə zəhməti olan hər kəsə təşəkkür edib.

"Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bugünədək Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği istiqamətində bir sıra önəmli tədbirlər həyata keçirilib. Ölkəmizin mədəniyyətinin, ədəbiyyatının xaricdə təbliğ olunmasına həsr olunmuş təqdimatlar gerçəkləşib. Son 10 ildə 676 adda müxtəlif kitabların nəşrinə nail olmuşuq” deyə Ə.Qarayev söyləyib.

Nazir qeyd edib ki, Azərbaycan musiqisinin dünyada təbliğ olunması üçün fəal iş aparılmalıdır: "Bunun üçün müasir vasitələrdən geniş istifadə olunmalıdır. Ölkəmizin zəngin musiqi ənənələri, bəstəkarlarımızın əsərləri bu vasitələrdən istifadə edilərək təbliğ edilməli, həmçinin musiqi sahəsində tədris prosesi müasirləşdirilməli, müasir formalardan istifadə olunmalıdır”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi deyib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir: "Bu işin ərsəyə gəlməsi o deməkdir ki, bizim bu sahədə olan biliyimiz zənginləşəcək. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəbinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğulayıb, bu işdə zəhməti olan hər kəsə təşəkkür ediblər.

Tədbir müzakirələrlə davam etdirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM