Alternative content

04:11 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Hədəf” liseyində Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
“Hədəf” liseyində Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
ANA SƏHİFƏ / Təhsil
03:00 29.10.2019


Oktyabrın 28-də "Hədəf” liseyində Türkiyənin "29 Ekim Cümhuriyyət bayramı” münasibətilə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin” və "Hədəf” liseyinin birgə təşkilatçılığı ilə "Cümhuriyyətimiz şagirdlərin gözü ilə” adlı tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd "29 Ekim Cümhuriyyət bayramı”nın önəmini vurğulamaq, Mustafa Kamal Atatürkün Türkiyə və türk dünyası üçün gördüyü işləri bir daha yada salmaqdır.

Tədbirdən öncə iştirakçılar "Hədəf” liseyi ilə yaxından tanış olublar. Məlumat verilib ki, şagirdlərin hərtərəfli inkişafı hədəfini reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseydə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyət aparılır. Liseydə zəngin tədris və sosial mühiti təmin etmək üçün lazımi şərait yaradılıb.

Açılış nitqi ilə çıxış edən "Hədəf” liseyinin direktoru Şəmil Sadıqov Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edib.

Sonra "Hədəf” liseyi şagirdlərinin hazırladığı "Cümhuriyyətimiz şagirdlərin gözü ilə” bədii bayram proqramı təqdim olunub.

Bədii hissədən sonra çıxış edən "Hədəf” liseyinin icraçı direktoru Cahid Hüseynov liseyin qarşısına qoyduğu məqsədlərdən, bu yolda atılan addımlardan danışıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov qeyd edib ki, Türkiyə və Azərbaycan tarixin bütün dönəmlərində bir-birinə dəstək olub. Belə tədbirlərin keçirilməsi iki dövlət arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Milli Məclisin deputatı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva qeyd edib ki, ulu öndər Heydər Əliyev cəmiyyətin gələcək tərəqqisinin bir çox cəhətdən gənclərə nəyi və necə öyrətməyimizdən asılı olacağını deyirdi. Bu baxımdan "Hədəf” liseyinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan və Türkiyə - bir millət, iki dövlət ideyasını gənclərimizdə aşılamaq çox önəmli bir missiyadır. Lisey bu missiyanın öhdəsindən uğurla gəlir. Çünki bu gün "Hədəf”in şagirdləri bir millət, iki dövlətin nümayəndələri kimi çıxış etdilər.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov diqqətə çatdırıb ki, xalqların tarixində bayram çoxdur. Ancaq ən yaddaqalan, nəsildən-nəslə ötürülən, qürur mənbəyi olan qazanılan bayramlardır. Onların sırasında Cümhuriyyət bayramı xüsusi önəm daşıyır. Çünki Cümhuriyyət bayramını xalq qazanıb. Xalqın qazandığı bayramları tarixdən bu günə daşımaq, bu gündən sabaha ötürmək onu qazanan xalqın övladlarının borcudur.

Tədbirdə türkiyəli və azərbaycanlı iş adamları, Türkiyə universitetlərindən məzun olan şəxslər, tələbə və şagirdlər iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM