28 Oktyabr 2019 22:56
617
SİYASƏT
A- A+

Polşadakı gənclərimiz erməni təxribatına qarşı etiraz aksiyası keçiriblər


Polşada növbəti erməni təxribatının qarşısının alınması üçün etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Polşada yaşayan ermənilər Ermənistanın qondarma tarixindən bəhs edən "Kraj wojny Marzeń" adlı filmi "Kino Kultura” adlı kinoteatrda nümayiş etdirməyi planlaşdırmışdırlar. Filmin nümayişi müsəlman dünyasını, eləcə də Azərbaycanı nüfuzdan salmağa hesablanmışdı. Lakin Polşadakı həmyerlilərimiz bu çirkin arzunun həyata keçməsinə imkan verməyiblər.

"Polşa Azərbaycanlıları Birliyi” tərəfindən əvvəlcə həmin kinoteatra rəsmi şəkildə şikayət olunub, həmyerlilərimizin narazılığı bildirilib. Daha sonra kinoteatrın qarşısında mitinq təşkil olunub. Kinoteatrın rəhbərliyi geriyə heç bir addım atmadığı üçün Varşava şəhər polisindən kütləvi aksiya üçün icazə alınaraq yenidən etiraz mitinqi təşkil olunub. Əlliyə yaxın soydaşımızın etiraz etdiyi aksiyada filmi izləməyə gələn polyaklara məsələ ilə bağlı haqlı mövqeyimiz çatdırılıb. Eyni zamanda, şəhər sakinlərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı məlumat xarakterli broşürlər paylanılıb.

Aksiyanın təşkilatçısı "Polşa Azərbaycanlıları Birliyi”nin sədri Fərid Cəfərli şüarlar səsləndirərək ermənilərin, eyni zamanda, kinoteatrın atdığı bu addımı pisləyib. Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə keçirilən aksiya film bitənə qədər davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video