28 Oktyabr 2019 22:55
478
SİYASƏT
A- A+

BMT Baş Assambleyasının sədri: Qoşulmama Hərəkatı və BMT-nin ortaq hədəfləri var


Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmiş BMT Baş Assambleyasının sədri Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatını "Ağlın səsi” adlandırıb. O, həmçinin Azərbaycan paytaxtında bir sıra görüşlər keçirib, ölkəmizin dayanıqlı inkişaf və qadın haqları sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olub. AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin saytında yerləşdirilmiş materialda bəhs olunur.

Baş Assambleya sədrinin sözlərinə görə, Qoşulmama Hərəkatı və BMT-nin fundamental insan hüquqlarına, həmçinin dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək kimi ortaq hədəfləri var. Ticani Məhəmməd-Bande müdriklik və yumşaqlıq örnəyi adlandırdığı hərəkat iştirakçılarını çətinliklərə rəğmən BMT-nin Nizamnaməsinə uyğun şəkildə sülh, tərəqqi və ədalət naminə fəaliyyət göstərməyə çağırıb.

Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Ticani Məhəmməd-Bande hökumətin, BMT İnkişaf Proqramının və "BMT-qadınlar” təşkilatının dəstək göstərdikləri Xəzər rayonundakı Qadın Resurs Mərkəzində olub, qadın sahibkarlar ona qazandıqları uğurlardan bəhs ediblər. Baş Assambleyanın sədri vurğulayıb ki, Azərbaycanda bu cür mərkəzlərin fəaliyyəti təkcə qadınlara kömək göstərmir, həmçinin ümumilikdə cəmiyyətin həyatına müsbət təsir edir. O, həmçinin Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, əhaliyə göstərilən xidmətlər, yoxsulluğun azaldılması və dayanıqlı inkişaf Hədəflərinə nail olunması sahələrində uğurlarını qeyd edib.

Ticani Məhəmməd-Bande Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, habelə Pakistan və Venesuelanın dövlət başçıları və Kubanın Xarici İşlər naziri ilə görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video