Alternative content

04:13 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”
Tarix İnstitutunda dəyirmi masa: “Tariximizə sahib çıxaq”
ANA SƏHİFƏ / Elm və texnika
22:44 28.10.2019

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda "Tariximizə sahib çıxaq” mövzusunda dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada dövlət və dövlətçiliyimizi müdafiə, tarixi şəxsiyyətlərimizin fəaliyyətinin saxtalaşdırılmasına qarşı mübarizə və digər məsələlər müzakirə olunub.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov son illərdə dövlətimizin başçısının təşəbbüsü, çağırışları və tapşırıqları ilə elmi müəssisədə aparılan araşdırmalar barədə geniş danışıb. O, Tarix İnstitutunun beynəlxalq əlaqələri haqqında görüş iştirakçılarını məlumatlandırıb: "İnstitut Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa, Misir və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir”.

Erməni yalanlarına qarşı aparılan mübarizədən danışan akademik institutun hər zaman bu istiqamətdə effektiv çalışmalar ortaya qoyduğunu, bundan sonra da bu istiqaməti davam etdirəcəklərini vurğulayıb. O, bu işlərə ictimaiyyət tərəfindən dəstək verilməsini, təbliğat baxımından səyləri birləşdirməyi, "Vikipediya”da və sosial şəbəkələrdə tarixi mövzularda aktiv olmağı vacib sayıb.

İnstitutun direktoru deyib ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var: "Tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxan xalq yenilməzdir. Tarixinə sahib çıxmayan xalq isə məhvə məhkumdur”.

Görüşdə iştirak edən tarixçi alim Hacı Həsənov, araşdırmaçı-jurnalist Anar Turan, Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü və başqaları bildiriblər ki, əsas məqsədləri Azərbaycan dövlətçiliyinə xidmət etməkdir. Araşdırmaçılar Tarix İnstitutu ilə koordinasiyalı fəaliyyətə ciddi ehtiyac duyulduğunu vurğulayıblar. Onlar gələcəkdə birgə tədbirlər, görüşlər və müzakirələr təşkil etməyi önəmli sayıblar.

Sonda görüş iştirakçıları gələcəkdə dövlətçiliyimizin müdafiəsi istiqamətində, Azərbaycan tarixinin təbliği istiqamətində birgə işlər görməyi razılaşdırıblar. İştirakçılara Tarix İnstitutunun nəşrləri təqdim olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM