28 Oktyabr 2019 15:26
771
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs sosial sığorta haqqı ödəməlidir


Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxs torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.

Vergilər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaqpayı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır. Eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan vergi orqanında uçota alınan şəxs bu torpaqdan istifadə etmədiyi dövr üçün "Sosial sığorta haqqında" Qanunun 10-cu maddəsinin müddəalarına əsasən, Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana hesabatın təqdim olunması üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək hüququ var.

Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda torpaq sahələri vergitutma məqsədləri üçün 3 kateqoriyaya bölünüb:

- kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

- kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

- digər təyinatlar (yaşayış, sənaye, nəqliyyat və sair) üzrə istifadə olunan torpaqlar.

Qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video