28 Oktyabr 2019 13:38
1372
İDMAN
A- A+

Gəncə şəhərində ilk dəfə veloyürüş təşkil olunub


Oktyabrın 27-də Gəncə şəhərində ilk dəfə velosiped yürüşü keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gəncə – 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviqi olub.

Dörd kilometrlik veloyürüş Gəncə şəhəri Dəmir yolu Vağzalının qarşısından start götürüb və Gəncə Şəhər İcra Hakimiyyətinin önünədək davam edib. Yürüşdə 1000-dən çox velosipedçi iştirak edib.

Veloyürüş iştirakçıları öz təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.

Gəncədəki veloyürüşdə ilk dəfə olaraq özü üçün xüsusi hazırlanmış velosipedlə yürüşə qoşulduğunu bildirən Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin təsisçisi Amid Həsənquliyev deyib: "Bu da bir tarixdir. Biz bununla göstərməyə çalışırıq ki, həm sağlam, həm də fiziki məhdudiyyətli insanlar bu cür idman növləri ilə məşğul olmalı və sağlam həyat tərzi keçirməlidirlər. Bu gün Əlil Velosipedçilərə Dəstək İctimai Birliyinin üzvü, fiziki məhdudiyyətli velosipedçi Bəhlul Əliyev yürüşün finiş xəttinədək gedəcək və cəmiyyətə ismarıc ötürəcək ki, məhz fiziki məhdud insanlar da velosiped sürə bilərlər”.

Türkiyə Respublikasının vətəndaşı, velosipedçi Adnan Çelik bildirib: "Bir ildən çoxdur velosiped sürürəm və azyaşlı oğlumu da özümlə bərabər götürürəm. Bugünkü yürüş isə həm mənim üçün, həm də hələ kiçik olmasına baxmayaraq, oğlum üçün çox sevincli oldu. Məncə, xoşbəxt olmağın bir yolu da velosiped idmanı ilə məşğul olmaqdır. İstərdim ki, hər kəs rahatlığı, sağlamlığı və xoşbəxtliyi üçün velosiped sürsün”.

Ağır atletika müəllimi Aydın Dadaşov da təəssüratlarını bölüşərək deyib: "Mənim 62 yaşım var. Bununla belə hələ də velosiped sürməyə böyük maraq göstərirəm. Yeddi ildir ki, idmanın bu növü ilə məşğul olur və velosiped sürürəm. Gəncədə təşkil olunan bu veloyürüş üçün irəli sürülmüş təşəbbüsü yüksək dəyərləndirirəm. Buna görə təşkilatçılara minnətdaram. Bu cür yürüşlərdə əsl qalib həmrəylik və sağlamlıqdır. İstərdim ki, bütün gənclər fəal fiziki həyat tərzi keçirmək üçün idmanın bu növü ilə məşğul olsunlar”.

Birinci sinifdən velosiped sürürəm. İdmanın bu növü ilə məşğul olmaq əsl sağlamlıqdır. Bütün gəncləri, xüsusən də xanımları sağlam görmək istərdim. Ona görə də daha çox yeniyetmə və gənc qızların velosiped sürməsini arzulayıram çox xoşdur ki, bu gün Gəncə şəhərində bu cür veloyürüş keçirilir”. Bu sözləri isə Gəncə Musiqi Kollecinin 4-cü kurs tələbəsi Lalə Bəxtiyarqızı söyləyib.

Sonra start fiti çalınıb və velosipedçilər yürüşə qoşulublar.

Finişdə Gəncə şəhərinin aztəminatlı ailələrindən olan məktəblilərə velosiped hədiyyə edilib.

Qeyd edək ki, veloyürüş layihəsi çərçivəsində aztəminatlı ailələrdən olan ümumilikdə 100 uşağa velosiped hədiyyə edilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Gəncə, eyni zamanda, 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. MDB ölkələri arasında bu titulu ilk dəfə Gəncə şəhəri qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video