28 Oktyabr 2019 12:15
466
DÜNYA
A- A+

ABŞ-ın kosmosda məxfi missiya yerinə yetirən kosmoplanı Yerə qayıdıb


ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus olan və Yerətrafı orbitdə iki ildən çox məxfi missiya yerinə yetirən X-37B pilotsuz kosmoplanı Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi adına Uçuşların İdarəedilməsi Mərkəzinin kosmodromunda yerə enib.

AZƏRTAC space.com saytına istinadla xəbər verir ki, bu barədə ABŞ HHQ-in rəsmi saytında məlumat yerləşdirilib. Qeyd olunub ki, bu kosmoplan 2010-cu ildən bəri orbitdə məxfi missiya yerinə yetirən beşinci uçuş aparatıdır və onun 780 günlük uçuşu yeni rekord olub. Belə ki, əvvəlki kosmoplan kosmosda 718 gün qalıb. Sayca altıncı kosmoplanın Yerətrafı orbitə göndərilməsi isə 2020-ci ilə nəzərdə tutulub.

ABŞ HHQ-in nümayəndəsi Barbara Barret bəyan edib ki, "X-37B çoxdəfəlik istifadə üçün nəzərdə tutulan kosmik aparatların zəruriliyini nümayiş etdirib”. Bu aparat ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) sifarişi ilə 1999-cü ildən başlayaraq "Boeing” şirkəti tərəfindən yığılıb. 2014-cü ildə ona məxfi status verilib və ABŞ HHQ-in sərəncamına təqdim edilib.

Məlumatda bildirilib ki, aparatın ağırlığı 5 ton, uzunluğu 8,9 metr, hündürlüyü isə 2,9 metrdir. Onun kiçik və üçbucaqlı qanadlarının ölçüsü 4,5 metrə çatır. Kosmoplan orbitdə fəaliyyəti zamanı enerji mənbəyini günəş batareyalarından alır. Onun bütün uçuşu və yerə enməsi avtomatik rejimdə həyata keçirilir. Pentaqonun məlumatında bildirilir ki, bu aparat 200-dən 750 kilometrədək yüksəklikdə fəaliyyət göstərə bilir, həmçinin orbitləri dəyişərək manevr etmək qabiliyyətinə malikdir.

Ekspertlər qeyd edirlər ki, kosmoplan kəşfiyyat apara, kosmosa yüngülçəkili yüklər daşıya və kəşfiyyatçı peyklərdə yerləşdirilmiş cihazların sınağını həyata keçirə bilər. Mütəxəssislərin bir çoxu hesab edirlər ki, X-37B hərbi məqsədlər – düşmən peyklərinin sıradan çıxarılması və orbitdən raket-bomba zərbəsi endirmək üçün də istifadə oluna bilər. Lakin Pentaqon bunu inkar edir və bildirir ki, kosmoplan yalnız yeni texnologiyaların sınağı üçün bir platforma rolunu oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video