Alternative content

04:13 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
ANA SƏHİFƏ / Elm və texnika
12:09 28.10.2019

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb. AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyev iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını söyləyib. Qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005 və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir.

Akademik cari ilin mayında iki qurum arasında imzalanmış elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi layihələrin işlənməsi, həyata keçirilməsi, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə elmi tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.

AMEA-nın rəhbəri, həmçinin akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanan digər sazişlərin həyata keçirilməsindən və mühüm nəticələrindən söz açıb. Akademik son dörd il ərzində müxtəlif elmi istiqamətləri, əsasən də təbiət və texniki elmləri əhatə edən 50-yə yaxın sazişin icrasından danışıb. Əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemləri, molekulyar biologiya, tibb və farmakologiya, fiziologiya, neft kimyası, informasiya texnologiyaları, nanotexnologiyalar, kosmik tədqiqatlar, ədəbiyyatşünaslıq, tarix, arxeologiya və etnoqrafiya kimi elm sahələrinin prioritet istiqamət olduğunu qeyd edib.

Akademik Ramiz Mehdiyev AMEA alimlərinin REA-nın Geologiya və Yer Fizikası institutları, Rusiya Dövlət Neft və Qaz Universitetində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələrinin səmərəli nəticələr verdiyini vurğulayıb. Ölkə alimlərinin Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı fəaliyyətindən danışan akademik bildirib ki, hər il AMEA-nın alim və gənc mütəxəssisləri həmin müəssisədə qısamüddətli və uzunmüddətli tədqiqatlar aparırlar.

Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən danışan alim həmin ənənələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Görüşə görə AMEA rəhbərinə təşəkkürünü bildirən Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva akademik Ramiz Mehdiyevi AMEA-nın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və alimə REA-nın prezidenti, akademik Aleksandr Sergeyevin təbrik məktubunu təqdim edib. Rusiyalı alim iki ölkə arasında elmi əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə və akademiya rəhbərliyinə yüksək təcrübəyə malik dövlət xadimi və görkəmli alimin gəlməyinin bu inkişafa xüsusi stimul verəcəyinə əminliyini bildirib.

"Xəzər dialoqu” layihəsindən söz açan Taliya Xabriyeva bu layihənin təkcə iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində deyil, həmçinin ədəbiyyat, sənətşünaslıq, etnoqrafiya, fəlsəfə, arxeologiya və digər humanitar istiqamətlərdə də birgə tədqiqatların təşkilinə təsir edəcəyini bildirib.

Akademik Taliya Xabriyeva Rusiya Elmlər Akademiyasının rəhbərliyi adından akademik Ramiz Mehdiyevi Moskvaya dəvət edib. Təklif minnətdarlıq hissi ilə qəbul olunub.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər – İsa Həbibbəyli və İbrahim Quliyev, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM