27 Oktyabr 2019 02:17
1858
İDMAN
A- A+

Çingiz Hüseynzadə AOK-un Olimpiya Oyunları Komissiyasının sədri seçilib


Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin (AOK) Varşavada keçirilən Baş Assambleyasında bu qurumun Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Polşa Olimpiya Komitəsinin 100 illik yubileyi qeyd olunub. Yubiley münasibətilə MOK-un vitse-prezidenti Ç.Hüseynzadə və baş katibin müavini Azər Əliyev xatirə hədiyyələri təqdim ediblər.

Assambleyada AOK-un Olimpiya Oyunları, Avropa Gənclər Festivalı, Atletlər, Olimpiya mədəniyyəti və irs, Olimpiya Akademiyası və digər komissiyalarının iclasları keçirilib. Baş Assambleyada Ç.Hüseynzadə Olimpiya Oyunları Komissiyasının sədri seçilib.

Həmçinin "Tokio 2020”, "Paris 2024” Yay, "Pekin 2022” Qış Olimpiya oyunlarının, 2023-cü ildə Krakov və Malopolskada təşkil olunacaq III Avropa Oyunlarının hazırlıq işlərinə dair hesabat məruzələri dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video