26 Oktyabr 2019 20:18
1464
İDMAN
A- A+

Azərbaycanın Gənclər və İdman naziri Avropa Olimpiya Komitələrinin 48-ci Baş Assambleyasında çıxış edib


Varşavada səfərdə olan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin (AOK) 48-ci Baş Assambleyasında çıxış edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, AOK-un prezidenti Yanes Kosyançiçin də qatıldıqları tədbirdə A.Rəhimov çıxışında bir neçə mühüm məsələyə toxunub.

Bu ilin iyulunda Bakıda keçirilmiş XV Avropa Gənclər Yay Olimpiya Festivalı haqqında danışan nazir ölkəmizin bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. A.Rəhimov vurğulayıb ki, Avropanın 48 ölkəsindən 2613 ən güclü idmançının qatıldığı yarış 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırılıb. Yerli və beynəlxalq texniki heyətlərin 763 üzvü Oyunların təşkilinə cəlb olunub. On iki arena yarışların keçirilməsi üçün bütün standartlara cavab verib. Beş yüz azərbaycanlı peşəkar Oyunların ərsəyə gəlməsində müstəsna rol oynayıb.

Sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlardan söz açan nazir Azərbaycanda ötən illər ərzində uğurla həyata keçirilmiş idman yarışları, bu turnirlərə tamaşaçı marağı, arenaların fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlərdən danışıb. Könüllük hərəkatının da Azərbaycanda geniş vüsət aldığını diqqətə çatdıran A.Rəhimov hazırda təkcə idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Bildirib ki, Avropa Gənclər Yay Olimpiya Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.

Səfəri çərçivəsində A.Rəhimov BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video