Alternative content

04:11 16 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əlcəzair Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır
Əlcəzair Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlıdır
ANA SƏHİFƏ / Qəbullar
13:13 26.10.2019

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelkader Bensalah ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Əlcəzair Prezidentini qarşıladı.

Prezidentlər birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Prezident Abdelkader Bensalahın görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Mən çox şadam ki, ölkəniz Sammitdə mümkün ən yüksək səviyyədə təmsil olunur. Azərbaycanın Qoşulmama Hərəkatının sədrliyinə namizədliyini dəstəklədiyinizə görə təşəkkür edirəm. Bildiyiniz kimi, biz bütün üzv dövlətlərin yekdil qərarı ilə sədr seçilmişik. Biz bunu siyasətimizə olan güclü dəstək və əməkdaşlığımızın yaxşı göstəricisi hesab edirik. Qoşulmama Hərəkatının sədri olaraq biz ölkələr arasında həmrəyliyi gücləndirmək üçün əlimizdən gələni edəcək və lazım gələrsə, konkret problemlərin həllinə yardım üçün səy göstərəcəyik. Əlbəttə ki, bu, ikitərəfli əlaqələrimizlə bağlı məsələləri müzakirə etmək üçün yaxşı imkandır.

Sizin Azərbaycana səfəriniz tarixi əhəmiyyət kəsb edir. Çünki diplomatik əlaqələrimiz ərzində ilk dəfədir ki, Əlcəzair Prezidenti Azərbaycana səfər edir. Sözsüz ki, bu səfər hər iki ölkə üçün xüsusi məna kəsb edir. Biz ölkələrimiz arasında olan çox fəal siyasi dialoqu nümayiş etdiririk. İslam Əməkdaşlıq Təşkilatında ölkəniz Ermənistanla münaqişədə bizi dəstəkləyir. Ona görə də biz BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və əlbəttə ki, Qoşulmama Hərəkatında qarşılıqlı dəstəyi davam etdirəcəyik. Mən, həmçinin düşünürəm ki, hazırda iqtisadi əməkdaşlıq məsələlərini, xüsusilə ticarət dövriyyəsinin artırılması yollarını müzakirə etmək üçün yaxşı vaxtdır. Bir daha xoş gəlmisiniz.

Əlcəzair Prezidenti Abdelkader BENSALAH dedi:

- Zati-aliləri, təşəkkür edirəm. İcazə verin Sammitdə iştirak etmək və onun uğuruna töhfə vermək üçün dəvətə görə minnətdarlığımı bildirim. Mən təşkilatımıza sədrliyiniz münasibətilə Sizi təbrik etmək istərdim. İcazənizlə bildirim ki, biz bu mühüm Sammit nəticəsində qəbul olunacaq qərar və tövsiyələrin mətninin tərcüməsi və dəqiqləşdirilməsi üçün Sizin qulluğunuzdayıq. Sammitin çox yaxşı və uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim. Bizim münasibətlərə gəldikdə, mən ikitərəfli münasibətlərin inkişafına hazır olduğumuzu ifadə etmək istəyirəm. İcazə verin bildirim ki, ölkələrimizin və xalqlarımızın istəklərinə nail olmaq üçün biz münasibətlərimizi inkişaf etdirməyə çox şadıq. İcazə verin bildirim ki, ölkənizi idarəetmə tərziniz və qəbul etdiyiniz inkişaf siyasətini qavrama üsulunuz təkcə Azərbaycanda yox, bütün inkişaf etməkdə olan ölkələrdə qürur hissi oyadır. Nəinki təkcə Azərbaycanın aparıcı təcrübəsi ilə, eyni zamanda, ölkənin və Azərbaycan xalqının nailiyyətləri, uğuru və inkişafını təmin etmək istiqamətində yürütdüyünüz siyasətlə tanış olmaq bizim üçün çox yaxşı imkan idi. Biz bu münasibətlərin inkişafından fəxarət hissi keçiririk və bu kontekstdə mən bu yaxınlarda Azərbaycana yeni xanım səfirin təyin olunması xəbərini Sizə verməkdən şərəf hissi keçirirəm. Biz bu səfirə böyük etimad göstərəcəyik.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM