26 Oktyabr 2019 13:07
440
İQTİSADİYYAT
A- A+

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

Cari ilin 9 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Qazaxıstan olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 354 milyon 625 min ABŞ dolları, İranla 390 milyon 662 min dollar, Qazaxıstanla isə 182 milyon 766 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilin eyni aylarına nisbətən artıb. Artım Türkiyə ilə 974 milyon 339 min dollar, İranla 121 milyon 946 min dollar, Qazaxıstanla isə 12 milyon 958 min dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video