25 Oktyabr 2019 23:40
840
Mədəniyyət
A- A+

Daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması diqqət mərkəzindədir



Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tərkibində 5 regional idarənin yaradılmasında məqsəd dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində nəzarəti gücləndirmək, idarəetmənin səmərəliliyini təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 25-də Ucar rayonunda vətəndaşların qəbulundan sonra mətbuata açıqlamasında söyləyib.

Nazir vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini vurğulayaraq deyib: "Hər ay yerlərdə vətəndaşların qəbulu təşkil olunur. Bölgələrdə insanlarla görüşlər keçirilir, onların problemləri dinlənilir, qaldırdıqları məsələlərin öz həllini tapması üçün dəstək göstərilir. Bu dəfə də vətəndaşlarımız tərəfindən bir sıra məsələlər qaldırıldı. Bunlar mədəniyyət müəssisələrinin, o cümlədən kitabxanaların fəaliyyətinin daha da təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin artırılması, musiqi və incəsənət məktəblərinə musiqi alətlərinin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı oldu. Şəhər və rayonlarda əhali ilə keçirilən görüşlər qaldırılan məsələlərin operativ həll olunmasına şərait yaradır”.

Prezident İlham Əliyevin "Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərmanı və "Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Sərəncamına toxunan Əbülfəs Qarayev bildirib: "Şəmkir və Ağsu şəhərinin tarixi hissəsində arxeoloji qazıntılar aparılırdı. Bu məkanlar tariximizin, mədəni irsimizin nə qədər zəngin olduğunu bir daha nümayiş etdirir. Aparılan arxeoloji qazıntılar, aşkar olunan mədəni sərvətlər təhlil edildi və cənab Prezidentin Sərəncamı ilə həmin ərazilərdə qoruqlar yaradıldı. Bu istiqamətdə işlər davam etdiriləcək. Sərəncama uyğun olaraq yeni yaradılan bu iki qoruq, eləcə də "Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu və "Nizami Gəncəvi məqbərəsi” kompleksinin də yer aldığı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu öz işini müasir tələblər səviyyəsində quracaq”.

X X X

Nazir Əbülfəs Qarayev, həmçinin Ucar rayon Mərkəzi Kitabxanasına gələrək Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə reallaşdırılan "Uşaq kitab karvanı” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirak edib.

Tədbiri açan Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, "Nəsimi ili” çərçivəsində keçirilən tədbirin məqsədi səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını ödəməklə bölgələrdə ictimaiyyətin diqqətini kitaba və kitabxanaya yönəltməkdir.

Əbülfəs Qarayev tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, yerlərdə səyyar kitab sərgilərinin təşkil olunmasının gənclərdə və uşaqlarda mütaliəyə marağı daha da artdığını vurğulayıb.

Daha sonra çıxış edən azyaşlı yazarlar Zahid Xəlil, Sevinc Nuruqızı, Solmaz Amanova, elmi-fantastik əsərlərin müəllifi Reyhan Yusifqızı uşaqlar üçün yazılan hər bir əsərin ədəbiyyatın çox vacib tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Son illərdə nəşr olunmuş kitablar haqqında məlumat verən yazarlar "Uşaq kitab karvanı” layihəsinin həyata keçirilməsinə görə təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, layihə çərçivəsində Ucar Rayon MKS-in Uşaq şöbəsinə 400 kitab hədiyyə olunub. Hədiyyə edilən nəşrlərin kənd kitabxanaları arasında bölüşdürülərək, il ərzində səyyar xidmətlə uşaqların mütaliəsinə verilməsi tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video