25 Oktyabr 2019 20:04
426
SİYASƏT
A- A+

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü dünya mətbuatının diqqət mərkəzindədir


Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü müxtəlif ölkələrin KİV-ləri tərəfindən geniş işıqlandırılır. AZƏRTAC xəbər verir ki, tədbirdə təmsil olunan ölkələrin nüfuzlu mətbuat orqanları nümayəndə heyətlərinin Zirvə Görüşündə iştirakı barədə geniş xəbərlər dərc edirlər.

Malayziyanın "Bernama” xəbər agentliyi, "The Himalayan Times” qəzeti ölkənin Baş Naziri Mahathir Bin Mohamadın Zirvə görüşündə çıxışına geniş yer veriblər. Qeyd olunub ki, hökumət başçısı 16 il əvvəl Qoşulmama Hərəkatının Zirvə Görüşünün Kuala-Lumpurda keçirildiyini, Bakıda davam edən tədbirin əhəmiyyətini vurğulayıb. Baş Nazir "soyuq müharibə”nin başa çatmasından sonra hazırda aparılan ticarət müharibələrinin qlobal iqtisadiyyata və sosial vəziyyətə mənfi təsirini də qeyd edib.

Nepalın "DD News” və "The Rising Nepal” saytlarında da Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü barədə geniş hesabatlar yerləşdirilib. Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olinin tədbirdə iştirakının əhəmiyyətini vurğulayan xəbər müəllifləri qeyd ediblər ki, Azərbaycan paytaxtında dünyanın 60-a yaxın ölkəsinin dövlət və hökumət başçılarının qəbul edəcəyi Bəyannamə planetimizdə sülhün və sabitliyin bərqərar olması baxımından böyük əhəmiyyət kəsb edir.

Hindistanın "Indiatimes”, PTI agentlikləri və "All İndia Radio” və NDTV telekanalında yayılan xəbərlərdə Hindistanın vitse-prezidenti Muppavarapu Venkaiah Naidunun başçılıq etdiyi nümayəndə heyətinin Zirvə Görüşündə iştirakı geniş şəkildə işıqlandırılıb. Qeyd olunub ki, rəsmi Dehli Qoşulmama Hərəkatına böyük əhəmiyyət verir və onun fəaliyyətində yaxından iştirak edir.

Kubanın Prezidenti Migel Diaz-Kanelin Zirvə Görüşündə iştirakı və onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə məlumat verən Kubanın "Radio Habana” radiosunun saytında Bakıda keçirilən tədbirin əhəmiyyətindən bəhs olunur və Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçildiyi vurğulanır.

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşü haqqında Eritreyanın "Tesfa”, İndoneziyanın "Antara”, Banqladeşin UNB (United News of Bangladesh), Şri-Lankanın "Lanka Page”, İordaniyanın "The Jordan Times”, Pakistanın "Times of Islamabad” və "The Business Standart” agentlikləri və saytları da geniş xəbərlər yayıblar. Bundan başqa, tədbirdə iştirak edən dövlət və hökumət başçılarının, habelə yüksəkvəzifəli nümayəndələrin sosial şəbəkələrdəki səhifələrində də Zirvə Görüşü haqqında məlumatlar yerləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video