25 Oktyabr 2019 18:39
395
SİYASƏT
A- A+

Malayziyanın Bernama agentliyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə dair məqalə yayıb


Bu günlər bütün dünya mətbuatı kimi Malayziya KİV-ləri də Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü barədə xəbərlərə xüsusi yer ayırıb.

AZƏRTAC xəbər verir ki, bu ölkənin aparıcı Bernama agentliyi Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadın Bakıya səfərini və oktyabrın 25-də işə başlayan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünü geniş işıqlandırıb.

Agentliyin xüsusi müxbiri tərəfindən birbaşa Bakıdan göndərilən məlumatlarda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün əhəmiyyəti vurğulanır. Arul Racunun "Azərbaycanda Qoşulmama Hərəkatının XVIII sammiti açılır” başlıqlı məqaləsində qeyd edilir ki, Zirvə Görüşündə 120-dən çox ölkənin liderləri dünyanı narahat edən məsələləri müzakirə etmək üçün Bakıya toplaşıblar.

Məqalədə "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən Zirvə Görüşünün açılış mərasimi haqqında ətraflı məlumat verilir.

Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı tarixinə toxunan müəllif bildirir ki, ölkə təşkilata 2011-ci ilin mayında tamhüquqlu üzv olub. Qeyd edilir ki, 1961-ci ildə Belqradda soyuq müharibənin ən qızğın vaxtında ilk sammiti keçirilən Qoşulmama Hərəkatı özündə həmin vaxt keçmiş SSRİ-nin və ABŞ-ın rəhbərlik etdiyi böyük dövlətlərin təsirindən çıxaraq müstəqil beynəlxalq siyasət yürütmək istəyən dövlətləri birləşdirib.

Hazırda təşkilatın tərkibində 120 iştirakçı, 17 müşahidəçi dövlətin və 10 müşahidəçi beynəlxalq təşkilatın olduğu məqalədə öz əksini tapıb. Qeyd edilib ki, bu tərkiblə Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olaraq siyasi məsləhətləşmələr və əməli tərəfdaşlıq üçün geniş və inklüziv platformadır.

Xüsusi vurğulanıb ki, Qoşulmama Hərəkatı 1955-ci ildə İndoneziyada keçirildiyinə görə həm də Bandunq konfransı kimi tanınan Asiya-Afrika konfransının qətnaməsindən irəli gələn əsas konsepsiyaya malikdir. Bu sənəd sonradan bütün millətlərin suverenliyinə və ərazi bütövlüyünə, bütün irqlərin və millətlərin hüquq bərabərliyinə, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplərə hörmətlə yanaşmanı tələb edən hərəkatın yaranmasına səbəb olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video