25 Oktyabr 2019 18:20
1109
İDMAN
A- A+

Tokio hakimiyyət orqanları: 2020-ci il Olimpiya Oyunlarında marafonun yerinin Sapporoya dəyişdirilməsi barədə yekun qərar qəbul olunmayıb


2020-ci il Olimpiya Oyunları zamanı marafonun və idman yerişi üzrə yarışların Tokiodan Sapporoya dəyişdirilməsi barədə yekun qərar hazırda qəbul olunmayıb. Bu barədə jurnalistlərə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə danışıqların yekunları barədə bu gün məlumat verərkən Tokio qubernatoru Yuriko Koike bildirib.

Daha əvvəl BOK 2020-ci il Olimpiadasında isti ilə əlaqədar marafonun və idman yerişi üzrə yarışların paytaxtdan şimalda yerləşən Sapporoya ötürülməsi planları barədə xəbər vermişdi. Bu, paytaxt administrasiyasında mənfi reaksiya doğurmuşdu. "Tokio-2020” təşkilat komitəsinin rəhbəri Yosiro Mori bəyan edib ki, paytaxtın hakimiyyət orqanları bu məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin qəbul etdiyi qərarla razılaşmalıdır.

"Biz bugünkü görüşün yekunlarına görə həllə nail ola bilmədik, BOK ilə bu məsələyə dair danışıqlar davam edəcək”, - deyə Koike qeyd edib.

AZƏRTAC xəbər verir ki, Koike ilə görüşdə iştirak edən BOK-un əlaqələndirmə komissiyasının rəhbəri Con Kouts, eyni zamanda, Yaponiyanın Kyodo agentliyinə bəyan edib: "BOK-un marafonu və idman yerişi üzrə yarışların Sapporoda keçirilməsi barədə qərarına yenidən baxması ehtimalı mövcud deyil”.

Həyata keçirilən ölçmələrə əsasən, 3 il ərzində iyulun sonundan avqustun əvvəlinədək Tokioda havanın hərarəti 30 dərəcəni sabit şəkildə keçib. Bu, 1964-cü ildə Tokioda Olimpiadanın keçirildiyi ildəki göstəricilərdən xeyli yüksəkdir. Lakin o zaman yarışlar oktyabrın əvvəlində keçirilmişdi. İdmançılar və tamaşaçılar üçün əsl sınaq olan marafon və uzun məsafəyə idman yerişi daha çox təhlükə yaradır.

Qeyd edək ki, XXXII Yay Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək. Yarışların təşkilinə təqribən 2 trilyon yen (17,8 milyard dollar) sərf ediləcəyi təxmin olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video