Alternative content

21:47 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları İçərişəhərlə tanış olublar
Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları İçərişəhərlə tanış olublar
ANA SƏHİFƏ / Mədəniyyət
14:46 25.10.2019

Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları oktyabrın 25-də İçərişəhərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti tarixi XII əsrə söykənən Qoşa Qala qapılarından başlayıb. Kiçik Qala küçəsi ilə gəzinti zamanı xanımlar isti təndir çörəyinə qonaq ediliblər.

Elektromobillə gəzinti zamanı qonaqlara UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Qonaqlar orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi ilə tanışlıq zamanı qonaqlara burada Azərbaycana xas olan milli ornamentlərin və dizayn elementlərinin mənşəyi və onların yaradılması metodları haqqında biliklərin öyrədildiyi, müxtəlif xalq sənəti nümunələrinin beynəlxalq səviyyədə təbliğ olunduğu bildirilib.

Dövlət və hökumət başçılarının xanımları İçərişəhərdəki "Bəylər” məscidinə gələrək burada yaradılan "Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar. Diqqətə çatdırılıb ki, ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim "Qurani-Kərim” kitabları nümayiş etdirilir.

Sonra qonaqlara Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonaqlara Qız qalasında konservasiyası işlərindən sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.

İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.

Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları "Muğam klub”da birgə nahar ediblər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM