25 Oktyabr 2019 13:19
585
SİYASƏT
A- A+

Nepalın xarici işlər naziri: Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi təqdiralayiqdir


Qoşulmama Hərəkatı soyuq müharibə dövründə dünya ölkələrində yaranmış gərginliyi azaltmaq məqsədilə və dövlətlərin ərazi bütövlüyü, suverenliyinə və müstəqilliyinə hörmət kimi təməl prinsiplər əsasında yaradılmış bir blokdur. Təşkilatın əsas funksiyası inkişaf etməkdə olan dövlətlərin qeyd olunan bu təməl prinsiplərini təmin etmək və onların maraqlarını beynəlxalq aləmdə birgə müdafiə etməkdən ibarətdir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi təqdiralayiqdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısında iştirak edən Nepalın xarici işlər naziri Pradeep Kumar Qyavali deyib. O, bu tədbirin hərəkata üzv olan ölkələrin dövlət və hökumət başçılarının bir araya gələrək dünyanı narahat edən aktual problemlərin müzakirəsi və onların həlli yollarının tapılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

"Burada həmçinin sosial, iqtisadi, turizm, iqlim dəyişikliyi və digər sahələrdə əməkdaşlığın perspektivləri sahəsində də müzakirələr aparılacaq. Bu müzakirələr ümumilikdə hərəkata üzv olan dövlətlərin inkişafına yönəlmiş əməkdaşlığın daha da güclənməsinə təkan verəcək”, - deyə Nepalın xarici işlər naziri əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video