25 Oktyabr 2019 12:59
796
SİYASƏT
A- A+

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib


Oktyabrın 25-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib. "Skolkovo” Texnoparkında keçirilən tədbirdə MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

MDB Hökumət Başçıları Şurasının üzvləri əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüş keçiriblər. İclasın gündəliyinə 20-dək sənəd daxil edilmişdi.

Görüşdə MDB-yə üzv dövlətlərdə iqtisadiyyatların rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırılmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına dair fikir mübadiləsi aparılıb, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyası haqqında qərar qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığının səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəlib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsi, o cümlədən təhlükəsiz və sabit internetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb. MDB hökumət başçıları Birliyin antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.

MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2020-ci il mayın 29-da Daşkənddə keçirilməsi barədə qərar qəbul edilib.

İclasdan sonra Azərbaycanın və Rusiyanın Baş nazirləri Əli Əsədov və Dmitri Medvedev arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Baş Nazir Dmitri Medvedev Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında əmtəə dövriyyəsi həcminin 25 faiz artdığını diqqətə çatdırıb. Qeyd edib ki, bu, digər MDB ölkələri ilə Rusiya arasında iqtisadi əməkdaşlığın ən yaxşı göstəricisidir.

Azərbaycanın Baş Naziri Əli Əsədov görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, iki ölkə arasında bütün istiqamətlərdə əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb. O, "Skolkovo” Texnoparkında yaradılan innovasiya imkanlarından ikitərəfli və çoxtərəfli əməkdaşlıqda istifadə edilməsi təklifinin öz bəhrəsini verəcəyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video