25 Oktyabr 2019 01:39
432
SİYASƏT
A- A+

Nikol Paşinyanın iddiaları darmadağın oldu


Cəbrayıllı məcburi köçkünlər Prezident İlham Əliyevin müdrik siyasətini alqışlayırlar


Son günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında və onun ardınca Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında və Bakıda Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Bu, cəbrayıllı məcburi köçkünləri də ürəkdən sevindirir və ürəyi, qəlbi torpaq həsrəti ilə döyünən hər kəsə böyük ümidlər verir. Azərbaycan Prezidenti İlham Əliyev "Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi. İndi bu məsələlər gündəmin əsas mövzusuna çevrilib. Aşqabaddakı çıxışı ilə Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı faşizm siyasətini ifşa etdi: "Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda Ermənistan hökumətinin belə bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə ki, faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur”. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatını səsləndirməklə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yeni bir yanaşmanı ortaya qoydu: "Qarabağ Azərbaycandır və nida işarəsi” fikrinin əsas məna yükü ondan ibarətdir ki, Qarabağ Azərbaycan üçün olum, ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha ortaya qoydu.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ümummilli Lider Heydər Əliyev hər zaman qətiyyətli mövqe nümayiş etdirib, haqq səsimizi yüksək tribunalardan, mötəbər siyasi kürsülərdən səsləndirib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və müdrikcəsinə davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli çıxışı və bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlılarda nikbinlik yaradır. Bu qətiyyətli mövqe Azərbaycan torpaqlarının işğaldan azad olunacağı günün uzaqda olmadığına bir mesaj idi. Bayrağımızı Şuşada, Xankəndidə, Cəbrayılda dalğalandıracağımız gün uzaqda deyil. Biz ölkə rəhbərinin müdrik xarici siyasətindən nümunə götürməli, bunu gündəlik həyatımızla bağlamalıyıq. Sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda bu fəaliyyəti davam etdirməliyik.

Biz tələb edirik ki, faşist, qaniçən Qaregin Ter-Arutyunyanın mənfur heykəli yerlə-yeksan edilsin. Böyük Vətən müharibəsində qəhrəmancasına həlak olan insanların ruhuna hörmətsizlik etmək olmaz.

Kəmaləddin MUSAYEV,

Cəbrayıllı məcburi köçkün

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video