24 Oktyabr 2019 23:46
778
Mədəniyyət
A- A+

Moskvada Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib


Rusiya Dövlət Humanitar Universitetində (RDHU) görkəmli ədib İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq: tarixi-mənəvi ənənələr və müasirlik” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Rusiya Dövlət Duması MDB İşləri Komitəsinin sədri Leonid Kalaşnikov və RDHU-nun prezidenti Yefim Pivovarın təbrik məktubları oxunub. Universitetin prorektoru İrakli Bolkvadze tədbiri açaraq bildirib ki, Azərbaycan ilə əməkdaşlıq universitetin prioritet istiqamətlərindən biridir. RDHU-da xeyli sayda azərbaycanlı tələbə- həm Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, həm də müxtəlif proqramlar çərçivəsində Moskvaya gəlmiş gənclər təhsil alır. Postsovet ölkələri və regional tədqiqatlar kafedrasında artıq 10 ildən çoxdur ki, Azərbaycan dili tədris olunur, ölkənin tarixi, mədəniyyəti, iqtisadiyyatına dair kurslar keçirilir. Səfir Polad Bülbüloğlu universitetin daimi fəxri qonağıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov, Beynəlxalq Avrasiya İnkişaf Assosiasiyasının sədri Elçin Əsgərov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti İsmayıl Ağakişiyev və başqaları xatırladıblar ki, bu il Azərbaycanda "Nəsimi ili” elan olunub. Dahi Azərbaycan şairinə həsr olunmuş konfransın Moskvada keçirilməsini rəmzi hadisə adlandıran natiqlər iki ölkə arasında humanitar əlaqələrin tarixindən danışaraq, qeyd ediblər ki, Azərbaycanın bir çox elmi, mədəni, təhsil ənənələri Rusiya ilə bağlıdır.

Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının rolunu qeyd edərək bildirib ki, prezidentlər Vladimir Putin və İlham Əliyev arasında gözəl şəxsi münasibətlər mövcuddur. "Onlar hər ikisi çox yaxşı humanitar təhsil alıblar – İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu, Vladimir Putin isə Leninqrad Universitetinin hüquq fakültəsini bitirib, müasir beynəlxalq siyasətə dərindən bələddirlər”, - deyə S.Markov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video