24 Oktyabr 2019 20:37
576
CƏMİYYƏT
A- A+

Mahen Ahamed: Bakı Sammiti müasir dünyamızın üzləşdiyi problemlərin həlli yollarının tapılmasına imkan yaradacaq


Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi təqdirəlayiqdir. Bu tədbir müasir dünyanı narahat edən aktual problemlərin müzakirəsi və onların həlli yollarını tapılmasına imkan yaradır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçısı, Banqladeşin nümayəndəsi Mahen Ahamed deyib.

"Bakı çox gözəl şəhərdir. İlk dəfədir ki, buraya gəlirəm. İnsanların qonaqpərvərliyi və mehribanlığı məni heyran etdi. Biz bir qrup gənclə İçərişəhər və Şirvanşahlar Sarayı kimi tarixi məkanları ziyarət etdik. Şəhərinizin qədimliyinə, buradakı bənzərsiz tarixi və müasir memarlıq abidələrinə heyran olmamaq mümkün deyil,” – deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video