Alternative content

05:06 07 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirdi
Bakı Ali Neft Məktəbinin tələbələri “O olmasın, bu olsun” operettasını səhnələşdirdi
ANA SƏHİFƏ / Mədəniyyət
20:24 24.10.2019

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” operettasınümayiş olunub.

Tamaşada SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, vitse-prezidentlər SOCAR-ın müəssisə rəhbərləri, BANM-in rəhbərliyi,ictimai-siyasi xadimlər,eləcə də BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.

Musiqili komediyanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, bədii rəhbəri Bakı Ali Neft Məktəbinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kəmalə Mehdiyeva, konsertmeysteri əməkdar müəllimZülfiyyə Sadıqovadır.

Tamaşanın təqdimat mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Musiqili komediyanın bu il dünya üzrə quruda ilk neft platformasısayılan əfsanəvi Neft Daşları yatağının 70 illiyinə həsr olunduğunu bildirib. O, yaradıcı kollektivə və operettada rol olan tələbələrə bu məsuliyyətli işdə uğurlar arzulayıb. Rektor qeyd edib ki, tamaşada Bakı Ali Neft Məktəbinin yerli tələbələri ilə yanaşı, əcnəbi tələbələri də çıxış edirlər.

"Bakı Ali Neft MəktəbiAzərbaycan üçün sadəcə neft-qaz mühəndisliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər deyil, həm də layiqli vətəndaşlar yetişdirməyə çalışır. Tələbələri ölkənin ictimai-mədəni həyatının fəal iştirakçısına çevirməyə səy göstəririk. Bu baxımdan, "O olmasın, bu olsun”operettasıda onların həyatında xüsusi iz buraxacaq. Dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqili komediya janrında yazdığı dörd pərdədən ibarət olan əsərdə Azərbaycan xalq musiqisi-muğamdan və orta əsr Azərbaycan şairi Füzulinin qəzəllərindən istifadə edilib. Kompazisiya zənginliyi təbii olaraq tələbələrimizin üzərinə böyük məsuliyyət qoyur. Amma, ümidavaram ki, onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcəklər”. - deyə rektor əlavə edib.

Tamaşada baş rolları BANM-in tələbələri Murad Süleymanlı (Rüstəm bəy), Mahirə Əsədzadə (Gülnaz), Sənan Həsənzadə (Sərvər), Nazpəri İsfəndiyarzadə (Sənəm), Cavid Məcidov (Məşədi İbad), Əsəd Əsədli (Həsənqulu bəy), Orxan Sayidov (Rza bəy), Faiq Hacıbalayev (Həsən bəy), Kamil Nağızadə (Qoçu Əsgər), Ağaqardaş Camalov (Hambal), Kənan Sadıqov (Məşədi Qəzənfər), Aqşin Fətəliyev (Baloğlan) ifa ediblər.

Kütləvi səhnələrdəvə rəqslərdəCavid Məmmədli, Ramil Əmirli, Rəşid Abbasov, Əbdül Bağırov, Ziya Yusifov, Cahan Qarayeva, Səidə Sədiyeva, Sədayə Ömərova, Zərifə Abdulova, Ləman Həsənli, Nəriman Tağızadə, İslam Temavov, Uğur Paşayev, Nəsrin Qədirli, Vahid İsmayılzadə, Ajua Chukwumelam Adedayo, Ezuma Ezinne Jessica, Ayajan Beisenbayeva, Inyama Somtochukwu Chidinma, Samuel Dum Ale Birigbo, Ekanem Umoh Friday iştirak ediblər.

Tələbələrin məharətli ifaları tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM